• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Koroğlu” körpüsündə həyəcan - FOTOLAR

“Koroğlu” körpüsündə həyəcan - FOTOLAR
02.12.2014 21:57
Metronun "Koroğlu” stansiyası yaxınlığında intihar etmək istəyən şəxs xilas edilib.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşlarının intihara cəhd edən Zamiq İbrahimola  apardığı danışıqlar öz nəticəsini verib. APA-nın məlumatına görə, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və Bakıda müvəqqəti yaşayan Zamiq İbrahimov xilas edilib və müvafiq avadanlıqların köməyi ilə körpüdən endirilib.
 
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 
 
****
 
 Bakıda metronun "Koroğlu” stansiyası yaxınlığında bir nəfər körpüyə çıxaraq  özünü atmaqla hədələyir. APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, körpüdən özünü atmaq istəyən şəxs noyabrın 12-dən 13-nə keçən gecə eyni cəhdi etmiş Bakı sakini Zamiq İbrahimovdur.
 
Məlumata görə, Zamiq İbrahimovun qardaşı Ramin İbrahimov 5 ay əvvəl Zığ şosesində baş vermiş yol qəzasında həlak olub. Məlumata görə,  Z. İbrahimov qardaşının ölümünə səbəb olmuş şəxslərin məsuliyyətə cəlb olunmasını tələb edir.
 
 Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin, polis əməkdaşları və həkim briqadası cəlb olunub.
 
Hazırda özünü körpüdən atmaq istəyən şəxslə danışıqlar aparılır.
 
Qeyd edək ki, bu Zamiq İbrahimovun intihara ikinci cəhdidir. O,  noyabrın 12-dən 13-nə keçən gecə körpüyə çıxaraq  intihara cəhd edib. Lakin hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin  Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları onu fikrindən daşındırıb. FHN əməkdaşları  təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.
 
ANN.Az








Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Bakı metrosunda yenə problem yaşandı – Video
Qaynari.nfo 23:21
Bakı metrosunda yenə problem yaşandı – Video
Nazir direktorlarla bağlı əmr verdi
Qaynari.nfo 19:44
Nazir direktorlarla bağlı əmr verdi
Millət vəkilinə ağır itki
Qaynari.nfo 19:27
Millət vəkilinə ağır itki
Bakıda beşmərtəbəli binada yanğın
Qaynari.nfo 20:58
Bakıda beşmərtəbəli binada yanğın
Azərbaycanda bu film qadağan edildi
Qaynari.nfo 14:41
Azərbaycanda bu film qadağan edildi
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Qaynari.nfo 10:49
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Vəzifəli şəxsdən raport yazıldı - kobudluğa görə
Qaynari.nfo 08:56
Vəzifəli şəxsdən raport yazıldı - kobudluğa görə
Manyak müəllim 9 qız şagirdini zorlayıb
Qaynari.nfo 11:32
Manyak müəllim 9 qız şagirdini zorlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol