• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Biz onu Qurban Qurbanovu “Qarabağ”dan ayırsaq..."

03.12.2014 18:00
"İclasda Klublar Komitəsi yaradıldı. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi məsələsi müzakirə olundu. Qərara gələ bilmədik. 21 yaşadək futbolçulardan ibarət yığmanın baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdi”.
 
ANN.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib.

Bu gün baş tutan İcraiyyə Komitəsinin iclasından sonra AFFA prezidenti mətbuat konfransı keçirib. O, 2018-ci ilin seçmə mərhələsinə kimi müqavilə imzalanın xorvatiyalı mütəxəssis Robert Prosineçkinin qarşısına qoyulan hədəfləri açıqlayıb: "Həm cavandı, həm də milliyə yeni oyun stili gətirə bilər. Onun qarşısına konkret məsələ qoyulub. Azərbaycan prezidentinin ən böyük arzusudu ki, böyük yarışları Bakıya gətirsin. Avro-2020-yə çıxa bilsək, millimizin 2 görüşü burda keçiriləcək”.  
 
AFFA prezidenti hazırda "Qarabağ”da çalışan Qurban Qurbanovun milliyə gətirilməməsinin səbəblərini də açıqlayıb. R.Abullayev bildirib ki, əsas komandaya gətirilməsi onun üçün problem yarada bilər: "Qurbanovu o vaxt "Neftçi”yə mən gətirdim. Hamı istefa qışqıranda, mən buna qarşı çıxırdım. Qurban ağıllı və bacarıqlı məşqçidi. Amma biz onu "Qarabağ”dan ayırsaq, ordan da olacaq, burdan da. Qurban millidə 2 oyun uduzsa, hamı istefa qışqıracaq”.  

R.Abdullayev imkanlı şəxslərin futbola cəlb olunmasına da münasibət bildirib. Onun sözlərinə görə, hamını futbola cəlb etmək mümkün deyil: "İnsanların futbola gəlməsi üçün yaxşı oynamaları lazımdı. Bunun üçün heç olmasa, insanlar 1 manat verib bilet almalıdırlar. Bu kimi problemlər birlikdə həll olunur. Futbolun ictimai dəstəyi də olmalıdı. Təkcə milyonçuları cəlb etməklə alınmır. Bu, mənim də ən yaralı yerimdi”.

AFFA prezidenti Topaz Premyer Liqasından imtina edən "Araz Naxçıvan”la bağlı da danışıb. O bildirib ki, heç də hər şey hakimliklə bağlı deyil: "Hər hakim səhv edə bilər. Deməyə nə var ki? "Araz Naxçıvan”ı hansısa səbəb küsdürmədi. Səbəb hakimlik deyil”.
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol