• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda futbolla bağlı nəhəng plan - KONSEPSİYA

Azərbaycanda futbolla bağlı nəhəng plan - KONSEPSİYA
03.12.2014 16:45
2015 - 2020-ci illərdə Azərbaycan futbolunun inkişafına dair əlavə tədbirlər haqda sənəd layihəsi hazırlanır.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövnəq Abdullayev məlumat verib.

R.Abdullayev bildirib ki, layihədə 2020-ci ildə Bakıda da keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan milli komandasının iştirakına dair konsepsiya nəzərdə tutulub. O, yeni baş məşqçi Robert Prosineçki ilə müqavilənin 3 il müddətinə bağlanılmasının da bu konsepsiyadan irəli gəldiyini vurğulayıb: "2020-ci il Avropa çempionatının 4 oyununu Bakıya gətirməyimiz ən böyük qazancımızdır. Amma bu çempionatda özümüz də oynamasaq, qazancımız 50 faiz azalacaq. AVRO-2020-nin seçmə mərhələsi 2018-ci ildə başlanacaq. Məhz həmin vaxtadək bütün qüvvələrimizi səfərbər edərək, yığmamızı gəncləşdirməliyik".

AFFA prezidenti onu da deyib ki, "Azərbaycan Respublikasında 2005 - 2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı"nın yekunlarına dair AFFA-nın gələn il keçiriləcək Konfransında hesabat veriləcək.

Qeyd edək ki, Robert Prosineçkinin Azərbaycan milli komandasının baş məşqçi postuna namizədliyi AFFA İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında təsdiqlənib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
07:08
Əli Həsənov və Azad Rəhimov birgə mətbuat konfransı keçirdi - FOTOLAR
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!” – MÜSAHİBƏ
19:48
İsrafil Aşurlu: “Alpinizm azadlıqdır!”MÜSAHİBƏ
Balaca şahmatçılar - FOTOLAR
09:27
Balaca şahmatçılar - FOTOLAR
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
17:23
“Qarabağ” və “Qəbələ”nin rəqibləri bəlli oldu
Daha bir Olimpiada - BAKIDA
10:12
Daha bir Olimpiada - BAKIDA
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
09:24
Bakı Olimpiya Stadionu - oyunlardan sonra - FOTOLAR
 Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
09:48
Bizim də bir Ardamız olsaydı... KÖŞƏ
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
21:01
Sabah bu yollarda hərəkət məhdud olacaq - Siyahı
16:00
"Mançester Yunayted"in məşq bazasında bir gün - REPORTAJ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol