• $
  • £

"Neftçi" "Qarabağ"la oyuna 5 itki ilə çıxacaq

29.05.2020 07:48
Bakının "Neftçi" klubu Ağdamın "Qarabağ" komandası ilə dekabrın 7-də səfərdə keçirəcəyi Topaz Premyer Liqasının XV tur matçına futbolçu itkiləri ilə çıxacaq.

ANN.Az "Report"a istinadən xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin baş məşqçi Arif Əsədov klubun rəsmi saytına açıqlama verib.

44 yaşlı mütəxəssis bildirib ki, Culius Vobay və Sesilyo Kaue zədəli, Elvin Yunuszadə və Elnur Allahverdiyev cəzalıdır. Üstəlik, qapıçı Emil Balayev Almaniyanın "Ayntraxt" klubunun düşərgəsində məşqlərdə iştirak edir.

A.Əsədov onların əvəzinə Nicat Qurbanov, Elvin Bədəlov, Emin Mehtiyev kimi gənclərə şans vermək niyyətində olduğunu deyib: "Onlar əsas heyətin üzvləridir və start heyətində möhkəmlənməyə çalışırlar. Komandada sağlam rəqabət mühiti formalaşıb və belə olan halda inkişaf da olacaq. Təbii ki, heyətdə cəzalı və zədəli futbolçular çox olanda stabil heyət qurmaqda çətinlik çəkirik. Bu mənada problemlər ola bilər. Amma psixoloji baxımdan hər şey qaydasındadır. Hər kəs üzərinə düşən məsuliyyəti anlayır və peşəkarlıqla əlindən gələnin ən yaxşısını etməyə çalışır".

Aparıcı futbolçularının yoxluğuna baxmayaraq, baş məşqçi "Qarabağ"la matçda qələbəni hədəflədiklərini bəyan edib: "Neftçi” hər zaman yalnız çempionluq uğrunda mübarizə aparıb. Bu baxımdan qələbə qazanaraq xal fərqini azaltmaq istəyirik. Heyətlə bağlı çətinliklərimiz olsa da, meydana çıxacaq hər bir futbolçu yalnız qələbə üçün oynayacaq".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Neftçi" matçı saat 15:15-də başlanacaq.  

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
İdman 18:29
İtaliya Futbol Federasiyasının prezidenti istefa verib
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
İdman 22:06
Azərbaycanın U-21 millisi Bolqarıstanla səfər matçında xal qazanıb
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
İdman 21:27
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - Yenilənib
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
İdman 15:29
Azərbaycanlı FIFA referisi ilk dəfə baş hakim kimi beynəlxalq təyinat alıb
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
İdman 21:50
“Qarabağ”ın xanım azarkeşləri üçün giriş pulsuz olacaq
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
İdman 10:01
Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
İdman 15:01
AFFA-nın bayrağı altında keçirilən çempionat oyunları təxirə salınıb
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb
İdman 21:04
Azərbaycan millisi tarixinin ən böyükhesablı qələbəsini qazanıb

"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
İdman 19:17
"Qalatasaray" Mario Lemina ilə bağlıqərar verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol