• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda xərçəng xəstəliyi yaradan ayaqqabılar var

Azərbaycanda xərçəng xəstəliyi yaradan ayaqqabılar var
07.12.2014 11:30
Türkiyənin Gömrük və Ticarət Nazirliyinin mətbuat və xalqla əlaqələr müşavirliyi qeyri-qanuni satışa çıxarılan 19 min 920 cüt, 9 model ayaqqabının 2368 cütünün satışdan çıxarıldığını, 1947 cütünün isə hələ də gömrükdəki depoda saxlanıldığını açıqlayıb. 


15 model ayaqqabıdan 12-nin test nəticələri ayaqqabıların istifadəyə yararsız, yəni təhlükəli olduğunu göstərib. Yalnız 3 modelin test nəticəsi bu məhsulların satışa yararlı olduğunu göstərib.


Xəbərdə qeyd edilir ki, "Denge Enternasyonal Ayakkabıcılık İth. İhr. San. ve Tic. Ltd. Şti” şirkəti Çində istehsal edilən və tərkibinə təhlükəli kimyəvi maddələr qatılan ayaqqabılar "Arow”, "Arow Men” və "Arow Kids” markalı 19 min 920 cüt, 9 model ayaqqabının təhlükəli olduğunu bildiyi halda onları satışa çıxarıb.


Qeyd edək ki, artıq bir həftədir Türkiyə mətbuatı "zəhərli ayaqqabı”ların şəklini yaymaqla əhalini maarifləndirməyə çalışır.


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, Çində istehsal olunan, tərkibinə kimyəvi maddələr qatılan bu cür ayaqqabılar Azərbaycana da gətirilir: "Çin bu ayaqqabıları tullantılardan hazırlayır. Onlar daha çox başqa ölkələrə satış üçün nəzərdə tutulub. Bu ayaqqabılar satışa topdansatış şəklində yox, kiloqramlarla çıxarılır. Azərbaycanlı iş adamları, tacirlər isə ucuz qiymətə aldıqları ayaqqabıların təhlükəli olub-olmadığına fikir vermir, belə məhsulları bir ucdan ölkəmizə daşıyırlar”.


E.Hüseynov onu da dedi ki, Çindən gətirilən təhlükəli ayaqqabılar əsasən "Binə” ticarət mərkəzində satışa çıxarılır: "Azərbaycanda müstəqil laboratoriya, müstəqil ekspertlər olmadığından bir çox məhsulların, o cümlədən ayaqqabıların nə dərəcədə təhlükəli olduğunu bilmirik. Azərbaycan ekspertizasi dünya ekspertizasinın ardınca sürünür. Halbuki kimyəvi maddələrdən hazırlanan ayaqqabılar orqanizmin zəhərlənməsinə, hətta dəri xərçənginin yaranmasına səbəb ola bilər. Əhalinin məlumatlandırma səviyyəsi də aşağıdır, heç kim hansı məhsulların təhlükəli olduğunu bilmir”.
 
Oxu.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda avtoxuliqan polisi vurdu
Qaynari.nfo 11:12
Bakıda avtoxuliqan polisi vurdu
Bakı metrosunda yenə problem yaşandı – Video
Qaynari.nfo 23:21
Bakı metrosunda yenə problem yaşandı – Video
Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?
Musavat.com 20:43
Kişilər ən çox hansı peşənin sahibləri ilə ailə qurmaq istəyirlər?
Nazir direktorlarla bağlı əmr verdi
Qaynari.nfo 19:44
Nazir direktorlarla bağlı əmr verdi
Millət vəkilinə ağır itki
Qaynari.nfo 19:27
Millət vəkilinə ağır itki
Bakıda beşmərtəbəli binada yanğın
Qaynari.nfo 20:58
Bakıda beşmərtəbəli binada yanğın
Azərbaycanda bu film qadağan edildi
Qaynari.nfo 14:41
Azərbaycanda bu film qadağan edildi
Atası intihar edən oğul özünü partlatdı
Musavat.com 10:00
Atası intihar edən oğul özünü partlatdı
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Qaynari.nfo 10:49
Generalın işdən qovduğu rəis qardaşı oğludur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol