• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Evdən 130 min manat aparan maskalılar tutuldu

Evdən 130 min manat aparan maskalılar tutuldu
08.12.2014 11:00
Dekabrın 6-da Quba rayon sakini Boris Simanduyevin evinə basqın edən qruplaşmanın iki üzvü polis tərəfindən saxlanılıb.
 
APA-nın yerli bürosunun məlumatına görə, basqınçılardan bir qadın və bir kişi Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində tutulub. Basqında iştirak edən digər şəxslərin tapılıb istintaqa cəlb edilməsi istiqamətində əməliyyat axtarış tədbirləri davam etdirilir.
 
Qeyd edək ki, dekabrın 6-da B. Simanduyevə məxsus evə basqın edənlər onu döyüb, bacısını isə bıçaqlayıblar.
 
Yaşayış evindən onun özünə və sinaqoqa məxsus 120-130 min manat pul, eləcə də qızıl-zinət əşyaları aparılıb.
 
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
 
Xatırladaq ki, B. Simanduyev ötən il aprelin 12-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə "Şöhrət” ordeni ilə təltif edilib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol