• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat

“Rossiya 1” telekanalında Azərbaycana qarşı təxribat
08.12.2014 19:39
Rusiyanın "Rossiya 1” telekanalında yayımlanan "Vladimir Solovyovla bazar axşamı" verilişində Azərbaycana qarşı təxribata yol verilib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Ukraynadakı siyasi vəziyyətə, Donbas və Luqansk vilayətlərində baş verən proseslərə həsr olunmuş verilişdə aparıcı Vladimir Solovyov Dağlıq Qarabağdan söhbət açıb.

Belə ki, qondarma "Donetsk və Luqansk xalq respublikaları"nın mövcudluğu və gələcək perspektivləri müzakirə olunan zaman Rusiya Dövlət Dumasının sabiq deputatı, tanınmış politoloq Boris Nadejdin Donetsk və Luqanskın heç bir zaman müstəqil siyasət həyata keçirə bilməyəcəyini, orada yaşayanların iqtisadi vəziyyətinin heç vaxt düzəlməyəcəyini söyləyib.
 
O, həmin ərazilərin Rusiyaya, ya da Ukraynaya tabe olmasının vacibliyini bildirib. Bu zaman aparıcı V. Solovyov "Bəs Dağlıq Qarabağ bu gün necə mövcuddur?" sualı ilə B. Nadejdinə müraciət edib. Politoloq Dağlıq Qarabağın bir dövlət kimi mövcud olmadığını, həmin ərazilərin de-fakto Ermənistanın tərkib hissəsi olduğunu bildirib. V. Solovyov isə buna etiraz edərək Dağlıq Qarabağın "müstəqil" olduğunu əsaslandırmağa çalışıb, vaxtilə ora baş çəkdiyini diqqətə çatdırıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Dünya 09:31
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünya 09:15
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Dünya 08:55
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Baş nazirin üstünə mayonez atdılar - VİDEO
Dünya 06:35
Baş nazirin üstünə mayonez atdılar - VİDEO
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Dünya 06:35
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Dünya 06:35
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Fədakar itdən ibrətamiz hərəkət - VİDEO
Dünya 06:34
Fədakar itdən ibrətamiz hərəkət - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol