Azərbaycanlılar Rusiyadan geri qayıdır
Rus rublunun hər keçən gün dəyər itirməyə davam etməsi Rusiyada ənənəvi yeni il alış- verişlərinə də təsirsiz ötüşməyəcək.
ANS TV-nin məlumatına görə, illərdən bəri yığdıqları milli pulun bir anda əriyib getməsini həzm edə bilməyən və Merkəzi Bankın duruma müdaxilə edərək rublu evvəlki dəyərinə qovuşduracağını ümid edən vətəndaşlar yeni il alış-verişlərinə də tələsmirlər. Rublun dəyər itirməsi və alış-verişlərin istənilən səviyyədə olmaması isə bu ölkədə ticarətlə məşğul olan həmvətənlərimizi ciddi narahat edir. Artıq vətənə qayıtmağı düşünənlər də az deyil.
Ticarətçi Akif Abdulsalamov 15 ildir biz bu bazarda işlədiklərini bildirdi. Onun sözlərinə görə, əvvəllər qazancları yaxşı olsa da indi rus rublunun "ölməsi" ilə bərabər alver də çətinləşib. O ümid edir ki, Yeni il qabağı vəziyyət düzələcək, əks halda mağazanı bağlayıb vətənə dönəcəklər.
Rus rublunun dəyər itirməsi bu ölkəyə işləmək məqsədilə gələn digər miqrantlara da təsirsiz ötüşmür.
Ukraynalı miqrant Eldar Şükürov iş tapmaq üçün Ukraynadan gəldiyini deyir. Amma rublun dəyərdən düşməsi ona çörək pulu qazanmağa imkan verməyib. Belə getsə ukraynalı miqrant öz vətəninə dönəcəyini bildirdi.
Rusiya prezidenti Vladimir Putin də ötən həftə Federal Şura üzvləri qarşısındakı çıxışında rus rublunun dəyər itirməsi probleminə toxunmuş, hökuməti və Mərkəzi Bankı spekulyantlara qarşı ciddi tədbirlər almağa çağırmışdı.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Cəmiyyət
20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət
20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib