• $ 1.7
  • € 2.0043
  • ₽ 0.021553
  • ₺ 0.0426
  • £ 2.317

Balakəndə kütləvi dava - FOTOLAR

Balakəndə kütləvi dava - FOTOLAR
28.05.2020 22:59
Balakəndə əmi və qardaşı oğlu bıçaqlanıb.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Balakən rayon Polis Şöbəsindən verilən məlumata görə hadisə rayonun Qullar kəndində qeydə alınıb. Rayonun Qullar kənd sakinləri – 1993-cü il təvəllüdlü Məhəmməd İlham oğlu Xanpəriyev və 1993-cü il təvəllüdlü Adil İlham  oğlu İsmayılov bir araya gələrək  həmkəndliləri 1991-ci il təvəllüdlü İlham İsak oğlu Xipiyev və İlham Xipiyevin qardaşı oğlu, 1996-cı il təvəllüdlü Elşən Etibar oğlu Xipiyevlə  şəxsi münasibətlər zəmnində münaqişə ediblər.

Münaqişə zamanı Məhəmməd Xanpəriyev üzərində gəzdirdiyi bıçaqla İlham Xipiyevi və onun qardaşı oğlu Elşən Xipiyevi vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək  yoldaşı Adil İsmayılovla birlikdə hadisə yerindən qaçıblar.

Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törədən Məhəmməd Xanpəriyev və hadisənin iştirakçısı Adil İsmayılov saxlanılaraq istintaqa təhvil veriliblər. Bıçaq xəsarəti alanlar İlham Xipiyev və Elşən Xipiyev Balakən Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Balakən RMX-dan APA-ya bildirilib ki, İlham Xipiyevə bədənin sol sağrı nahiyəsinin kəsilmiş-deşilmiş,  Elşən Xipiyevə isə sağ budun yuxarı hissəsinin üçdə birinin kəsilmiş diaqnozu qoyulub.  Onların  yaraların üzərində cərrahiyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri hazırda orta-stabil hesab olunur.

Faktla bağlı Balakən RPŞ-də cinayət işi başlayıb, araşdırma aparılır.

ANN.Az




Oxşar xəbərlər
Oxşar xəbərlər
Rövnəq Abdullayev 50 yaşında - FOTOLAR
12:19
Rövnəq Abdullayev 50 yaşında - FOTOLAR
11:07
"Sovetski"də sonuncu "Od çərşənbəsi" - FOTOLAR+VİDEO
Bakı həbsxanasında toy - FOTO
Foto 09:04
Bakı həbsxanasında toy - FOTO
Bakıda müəllimənin oğlu İŞİD-ə qoşuldu - FOTOLAR
08:49
Bakıda müəllimənin oğlu İŞİD-ə qoşuldu - FOTOLAR
Bakının bu ərazisindəki binalar söküləcək – Xəbərdarlıq+Fotolar
Qaynari.nfo 08:43
Bakının bu ərazisindəki binalar söküləcək – Xəbərdarlıq+Fotolar
Toylar başladı və Bakının bu küçəsi iflic oldu - FOTOLAR
06:22
Toylar başladı və Bakının bu küçəsi iflic oldu - FOTOLAR
“Elektron Səhiyyə” xidməti açıldı - Fotolar
Foto 06:21
“Elektron Səhiyyə” xidməti açıldı - Fotolar
NİDA-çı gənclər azadlıqda - FOTOLAR
06:21
NİDA-çı gənclər azadlıqda - FOTOLAR
Bakı 2015-ci ili belə qarşıladı - Fotolar
Qaynari.nfo 06:21
Bakı 2015-ci ili belə qarşıladı - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol