• $ 1.7
  • € 1.9654
  • ₽ 0.021656
  • ₺ 0.0432
  • £ 2.3075

Azərbaycan yollarında 30 minə qədər yol nişanı çatışmır - VİDEO

Azərbaycan yollarında 30 minə qədər yol nişanı çatışmır - VİDEO
28.05.2020 23:13
Bu gün respublika əhəmiyyətli yollarda 1000-dən çox yol nişanı çatışmır.

ANS TV-nin məlumatına görə, bu nişanlar ya müvafiq qurum tərəfindən quraşdırılmır ya da hansısa şəkildə sıradan çıxır. Gün ərzində istər bölgələrdə, istərsə də paytaxt ərazisində baş verən qəzalar insan təlafatı ilə yanaşı, yol nişanlarınında sıradan çıxmasına səbəb olur. Bunun ən bariz nümunəsini paytaxtın Dairəvi Yol adlanan hissəsində görmək mümkündür.

Vaxtilə Bakı Dairəvi Yolun bu hissəsində qarşıdan gələn nəqliyyat vasitəsinin digər nəqliyyat vasitəsinin qarşısna çıxmaması üçün xüsusi yol nişanı quraşdırılmışdı. Hazırda həmin yol nişanından heç bir əsərəlamət qalmayıb. Və bu isə sürücülər arasında çaşqınlıq yaradır.

Elə bu səbəbdəndir ki, az qala hər gün bu yolda qəzalar baş verir, ölüm və xəsarətlər qeydə alınır. Ekspertlər lazımsız yerlərdə yol nişanlarının quraşdırılmasının əleyhinədirlər və aidiyyatı qurumların bu işə nəzarəti gücləndirməsini vacib hesab edirlər. Ekspert Ərşad Hüseynovun fikirincə, hazırda magistral yollarda xeyli sayda yol nişanına ehtiyac var.

"Bu gün Azərbaycan yollarında 10 minlərlə nişan çatışmır. Mən hələ ən azıdan bir az ehtiyyatla deyirəm ki, söhbət 20-30 mindən gedir, Azərbaycanda nişanlar çatışmır. Bu gün adi yol nişanını birinin qiyməti 100 manatdan çox deyil” – deyə ekspert Ərşad Hüseynov bildirib.

Tək yol nişanları deyil, digər yol elementləridə qəzalar zamanı ziyan gördüyündən sıradan çıxır. Magistral yolları iki hissəyə ayıran əyri xətli tirlər kimi. Baş verən qəzaların hədəfi olan bu metal qurğular təqsirkar tərəfindən bərpa olunmadığı üçün növbəti qəzalara yol açır.

"Azəryolservis” Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Pünhan Mürsəliyev ziyan dəyən yol elementlərinə görə günahkar şəxlərin məsuliyyətdən yayındığını bildirdi. Onun sözlərinə görə, hətta məhkəmə qərarı olmasına baxmayaraq qəza törədən cəriməni ödəmək istəmir. Bu zaman isə bütün güc düşür yenə cavabdeh qurumun üzərinə.

"Nəyinki yol-nəqliyyat hadisəsi, eyni zamanda bəzi məsuliyyətsiz şəxslər tərəfindən həmin nişanların, siqnal dirəklərin oğurlanması hallarına da rast gəlinir. Təbii ki, bütün bunlara baxmayaraq, mərhələli şəkildə avtomobil yollarına baxış keçirilir və həmin yol qurğularının bərpası istiqamətində lazımi addımlar atılır” – deyə
"Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev vurğulayıb.

Təkcə 2013-cü ildə baş verən bu tipli qəzaları nəzərə alsaq büdcəyə 2,5 mln. manat ziyan dəyib. Əvəzində isə 190 min manat ödəniş olub. Mütəxəssislər xarici ölkələrin təcrübəsinə əsaslanaraq bu cür xoşa gəlməz hadisələrin baş vermməsi üçün maneələrin, yol nişanlarının sığortalanmasını məsləhət görür. Çünki belə halda həm şirkət sığortalanmış olur, eyni zamanda da yol işarələrini sırdan çıxaran sürcü sığorta şirkəti tərəfindən məsuliyyətə cəlb olunur. Bu da nəticədə həmin yol nişanlarının tez bir zamanda bərpa olunması ilə nəticələnir.

ANN.Az

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
İqtisadiyyat 21:55
Azərbaycanda bu borcları hökumət ödəyəcək - VİDEO
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
İqtisadiyyat 09:27
Azərbaycanda bu şəxslərə yeni güzəştlər ediləcək - VİDEO
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
İqtisadiyyat 10:56
Azərbaycanda bu şəxslərə ildə bir dəfə müalicə üçün müavinət ödənəcək - VİDEO
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İqtisadiyyat 09:12
Maaş və pensiyalar nə vaxt və nə qədər artacaq? - Deputat AÇIQLADI - VİDEO
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
İqtisadiyyat 22:00
İşləməyən, amma cərimələdən işıqfor – VİDEO
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
İqtisadiyyat 09:12
Maliyyə Nazirliyi açıqlama yayıb - VİDEO
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 16:40
Unibank filialı yeni konseptdə və yeni ünvanda - FOTO/VIDEO
İqtisadiyyat 09:15
"300 dolları istər bir dəfə, istər beş dəfə bəyan edə bilərlər" - VİDEO
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
İqtisadiyyat 23:30
Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol