• $ 1.7
  • € 2.0017
  • ₽ 0.020433
  • ₺ 0.0411
  • £ 2.3026

"Qarabağ" oyununun nəticəsi dəyişə bilər - FOTO

12.12.2014 12:09
"Qarabağ"la "İnter"in oyununda Riçard Almeydanın vurduğu qolun hesaba alınmaması ciddi qalmaqala səbəb olub.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, "Qarabağ" UEFA-ya rəsmi etiraza hazırlaşsa da bunun nəticəni dəyişməyəcəyini deyənlər var. Amma UEFA-nın əsasnaməsi bunun əksini deməyə əsas verir. UEFA əsasnaməsinin 50-ci maddəsində bununla bağlı bəndlər var. Bəndlərdə mübahisə doğuran oyunların rəsmi etirazdan sonra nəticəsinin dəyişməsi mümkünlüyü yazılıb. İndi qalır vaxtı yubatmadan UEFA-ya etiraz etmək.

Qeyd edək ki, "Qarabağ" klubu prezidenti Tahir Gözəl "Qarabağ"-"İnter" oyununun idarəçiliyi ilə bağlı bu gün mətbuat konfransı keçirəcək.

ANN.Az
 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qaynari.nfo 12:09
"Qarabağ" oyununun nəticəsi dəyişə bilər - FOTO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol