13 yaşlı azərbaycanlı BBC-də kamança çaldı - VİDEO

Londonda yaşayan Aida Məmmədova kamança ilə babasının ad günündə tanış olub. Ondan bəri bu alətdə ifa edən Aida üçün kamança, üçüncü musiqi alətidir. Bundan başqa Aida, skripka və pianoda da ifa edir.
"Qafqazinfo” xəbər verir ki, gənc ifaçı BBC Azərbaycancaya müsahibəsində kamança ilə tanışlığından və çıxışlarından danışıb.
13 yaşlı Aida Məmmədova Londonda doğulub. Valideynləri İngiltərəyə Azərbaycandan köçüb və uzun illərdir, burda yaşayırlar.
Aidanın kamança müəlliməsi Sevda xanım isə onlarla qapı bir qonşudur. Aida deyir ki, qonşuluqda Azərbaycandan gəlmiş başqa bir kamança ifaçısının olmasından xəbər tutanda, çox təəccübləniblər.
Aida Məmmədova kamança ilə pabda və məktəblərində keçirilmiş talant müsabiqəsində çıxış edib.
Onun son çıxışı isə BBC Azərbaycanca xidmətinin 20 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirdə baş tutub.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 