• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“Qarabağ” Futbol Akademiyası tikiləcək

“Qarabağ” Futbol Akademiyası tikiləcək
17.12.2014 16:44
Prezident İlham Əliyev "Qarabağ” Futbol Klubunun uşaqlar üçün Futbol Akademiyası tikməsi məqsədi ilə yerlə təmin olunmasına göstəriş verib.

ANN.Az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə klubun direktoru Emrah Çelikel məlumat verib. Əmrah Çəlikelin sözlərinə görə, görüşdə klubun bazası ilə maraqlanan prezident Qarabağ Futbol klubuna bir hissəsi icarəyə verilən Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunun tam olaraq kluba ayrılması haqqında təlimat verib: "Bilirsiniz ki, Tofiq İsmayılov adına stadionun əsas hissəsində "Qarabağ” FK-nun baza stadionu tikilib. Stadionun boş qalan hissəsində isə uşaqlar üçün futbol akademiyası tikmək istəyirdik. Bu, ölkədə uşaq futbolunun inkişafına təsir edəcək. Orada məşqlər həyata keçiriləcək. Biz bu istəyimizi ölkə başçısı ilə görüşdə səsləndirdik. O da stadionun boş qalan hissəsində uşaq akademiyası tikilməsinə razılıq verdi”.

Qeyd edək ki, ölkəmizi Avroliqada təmsil edən "Qarabağ” futbol klubu dekabrın 11-də İtaliyanın "İnter” komandası ilə keçirdiyi matçda çexiyalı hakimlərin buraxdığı kobud səhv nəticəsində qələbədən məhrum olub və qrupu 3-cü yerdə tamamlayaraq növbəti mərhələyə vəsiqə qazana bilməyib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruzanna Məmmədova Avropa çempionu olub
İdman 22:33
Ruzanna Məmmədova Avropa çempionu olub
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
İdman 22:47
Azərbaycanlı qadın güləşçi qızıl medal qazanıb
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
İdman 09:24
Rusiyalı UFC döyüşçüsü Bakıda ölüm təhdidləri aldığını bildirib
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
İdman 20:43
"Qarabağ" klubu Şuşada yeni formalarını təqdim edib - Video
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
İdman 09:36
"Çelsi" dünya çempionatında "Esperans"a qarşı böyükhesablı qələbə qazanıb
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
İdman 22:15
Bakıda UFC döyüş gecəsinə start verilib - Video
UFC Bakıda ilk dəfə keçirilir
İdman 10:18
UFC Bakıda ilk dəfə keçirilir
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
İdman 16:12
Bakıda açıq qayıq sürmə çempionatı keçirilib
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
İdman 19:00
Azərbaycan millisinin Belarusla oyunlarının vaxtı və hakimləri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol