• $
  • £

Unibank “İlin bankı” seçildi

Unibank “İlin bankı” seçildi
18.12.2014 11:35
Unibank dünyanın nüfuzlu maliyyə nəşrlərindən olan "The Banker” jurnalı tərəfindən "İlin bankı” seçilib.

 "The Banker” jurnalının xüsusi qiymət komissiyasının ekspertləri 2014-cü ilin nəticələrinə görə, Unibank-ı pərakəndə müştərilərə xidmət üzrə Azərbaycanda "Ən yaxşı riteyl bank” nominasiyası üzrə mükafatlandırıb. Jurnalın ekspertləri bu qərarı bankın maliyyə nəticələrinə, innovasiya fəaliyyətinə və inkişaf strategiyasına əsaslanaraq verib.

2014-cü il Unibank üçün ən uğurlu illərdən biridir. İlkin göstəricilər də bunu deməyə imkan verir:

* Bank öz müştərilərinə xidmətin keyfiyyətini daha da artırmaqla filiallarının sayını 38-ə çatdırıb.

* Unibank filialları hazırda 711 minə yaxın müştəriyə xidmət göstərir.

* 2014-cü ilin 11 ayı ərzində Bankın müştərilərinin sayında 37% artım qeydə alınıb.

* Unibankın aktivləri və kredit portfeli 17% artıb.

2015-ci ildə də Bankın müştərilərini və partnyorlarını böyük sürprizlər gözləyir. Unbank gələn il öz xidmətlərini daha da təkmilləşdirməyi, bazara yeni məhsullar çıxarmağı planlaşdırır.

Unibank hazırda paytaxtda 23, bölgələrdə 15 filialı ilə həftənin 6 günü səhər saat 09.00-dan axşam 17.00-dək müştərilərinə müxtəlif bank xidmətləri göstərir. Müştərilər nahar fasilələrində belə filialların xidmətindən istifadə edə bilirlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank-hər kəsin bankı

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol