• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"İlham Əliyev “Qarabağ”ı qalib komanda kimi qəbul etdi"

18.12.2014 13:31
"Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov sportpress.az-a açıqlamasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ağdam təmsilçisini qəbul etməsindən danışıb.

ANN.Az Qol.Az-a istinadən xəbər verir ki, o, qəbul zamanı Avroliqanın qrup mərhələsinin son oyununda "İnter”lə matçdan söhbət açıldığını deyib:

"İlk olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə qəbul üçün təşəkkür etmək istərdim. Vaxt taparaq komandanı qəbul etməsi bizi çox sevindirdi. Dövlət başçısı "Qarabağ”ı qalib komanda kimi qəbul etdi. İtaliyanın "İnter” klubuyla görüşümüzü izlədiyini və həmin oyunda vurulan qolun sayılmamasına görə məyus olduğunu bildirdi. Bununla belə dövlət başçısı cari mövsüm komandanın avrokuboklarda layiqli mübarizə sərgilədiyini qeyd etdi. Prezident İlham Əliyev "Qarabağ”ın Avroliqada çıxışını müsbət qiymətləndirdi.

Sözsüz, dövlət başçısından xoş sözlər eşitmək hər birimiz üçün böyük stimuldur. Dövlət başçısının "Qarabağ”ı qəbul etməsi komandamızın hər bir üzvü üçün böyük dəstəkdir. Prezidentlə görüşümüz futbolçularımızı daha çox həvəsləndirəcək. Son oyunları tez bir zamanda unudub növbəti matçlar barədə düşünmək vacibdir. Bu mənada biz də qeyd etdik ki, "Qarabağ”ın gələcəkdə də uğurlu çıxış etməsi üçün çalışacağıq”.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol