• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İtalya mətbuatı: "Qarabağ bütün dünyanın rəğbətini qazandı”

İtalya mətbuatı:
18.12.2014 14:06
İtaliyanın "La Reppublica” qəzetinin saytında Ağdamın "Qarabağ” futbol klubunun İtaliyanın "İnter” komandası ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı yerləşdirilib.

Yazıda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin "Qarabağ” klubu son matçında İtaliyanın "İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan "Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.

Məqalədə Ağdam şəhərinin 1990-cı illərdə ermənilər tərəfindən işğal olunaraq dağıntılara məruz qalması qeyd edilir. Bildirilir ki, "Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.

Müəllif diqqətə çatdırır ki, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın "İnter” komandasını qəbul edən Azərbaycan çempionu "Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması təkcə azərbaycanlı futbolsevərlər tərəfindən deyil, bütün idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb: "Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb. Klub haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də "Qarabağ”ı dəstəkləyirlər. "Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”. //azertag.az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol