• $ 1.7
  • € 1.9952
  • ₽ 0.021757
  • ₺ 0.0425
  • £ 2.3133

Evsizlərə xoş xəbər: Ev veriləcək

Evsizlərə xoş xəbər: Ev veriləcək
18.12.2014 15:40
Bakı, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə şəhərlərində hazır yaşayış binaları alınıb və həmin mənzillərin sənədləşmə işləri artıq yekunlaşıb və yaxın günlərdə əlillərə və şəhid ailələrinə verilməsi prosesinə start veriləcək.

2014-cü il yanvar ayının 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış 5731 nəfər bu kateqoriyadan olan şəxslər qarşıdakı 4 il ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin olunacaqlar.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də Yevlax rayonunda vətəndaşların qəbulu zamanı məlumat verib. Onun sözlərinə görə, İlham Əliyevin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən hazırda 52 rayonda 353 ədəd fərdi evin inşa edilib.

S.Müslümov qeyd edib ki, "cari ilin əvvəlinədək növbədə dayanan müharibə əlillərinin (ümumilikdə 1453 nəfər) qısa müddətdə bir nəfər kimi avtomobillə təmin olunması, nəqliyyat vasitəsi ilə bağlı müraciətlərin artmasına səbəb olub. Lakin burada qanunvericiliyin tələblərinə ciddi riayət olunur və il ərzində müraciət edənlərin yalnız 21 faizinə minik avtomobilinə tibbi göstərişin olması barədə qərar qəbul edilib”.

"2015-ci ildə bu şəxslərin avtomobillə təminatı davam etdiriləcək”- deyə, nazir bildirib.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Evsizlərə xoş xəbər: Ev veriləcək
Qaynari.nfo 15:40
Evsizlərə xoş xəbər: Ev veriləcək
Azərbaycanda kriminal avtoritetlər həbs olundu
Qaynari.nfo 12:26
Azərbaycanda kriminal avtoritetlər həbs olundu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol