• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"Prezident bizə böyük stimul verdi"- Qurban Qurbanov

21.12.2014 17:00
"Ölkə prezidenti ilə çox dəyərli bir görüş oldu. Məşqçi heyəti, rəhbərliklə yanaşı, futbolçular da bu görüşdə iştirak etdi. Cənab prezident "Qarabağ” haqqında bütün informasiyalardan məlumatlı idi. Onun futbolçuların yanında olması və onları qalib kimi qarşılaşması bizdə özünəinam hissini artırdı. Problemlərimizlə maraqlandı və xalqımız adından bizi təbrik etdi. Təmiz qələbə qazandığımızı, ancaq hakimə görə növbəti mərhələyə yüksələ bilmədiyimizi vurğuladı”. 


"Qafqazinfo” xəbər verir ki, bu sözləri qol.az-a "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov prezident İlham Əliyevlə görüş barədə fikirlərini bildirərkən deyib.

O, xatırladıb ki, "Qarabağ” ilk dəfə Avroliqanın "pley-off”una yüksələn zaman da dövlət başçısı onu telefon vasitəsi ilə təbrik edib:

"Bu dəfə isə o, bizimlə görüşdü. Biz gələcəkdə daha diqqətli və məsuliyyətli olmalıyıq ki, Azərbaycan futbolu üçün uğurlar qazanaq. Bu görüşlə bütün idman ictimaiyyəti gördü ki, prezident kiçik bir kluba da böyük önəm verir. Ən çətin anımızda prezident bu dəvəti ilə bizə böyük stimul verdi. Bir daha dövlət başçımıza komandam adından təşəkkürümü bildirirəm”.

ANN.Az

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
İdman 23:30
Hökumət Qabon millisinin fəaliyyətini dayandırıb
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol