• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ramil Usubov üçün əlamətdar tarix

Ramil Usubov üçün əlamətdar tarix
22.12.2014 13:42
22 dekabr tarixi Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Ramil Usubov üçün xüsusi əhəmiyyət daşıyır.

Modern.az saytının məlumatına görə, bu gün Ramil Usubovun ad günüdür, nazirin 66 yaşı tamam olub.

Ramil İdris oğlu Usubov 22 dekabr 1948-ci ildə Xocalı rayonunda anadan olub. 1973-cü ildə N.Rizayev adına Bakı Xüsusi Orta Milis Məktəbini, 1980-cı ildə isə SSRİ  DİN-in Akademiyasını bitirib. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçib.

Ramil Usubov 1970-ci ildən daxili işlər orqanlarında xidmət edir. Cinayət-axtarış strukturlarında xidmət aparıb, 1975-ci ildə Şuşa rayon Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, 1980-1984-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti Daxili İşlər İdarəsinin rəis müavini, 1984-1987-ci illərdə Əli-Bayramlı şəhər-rayon polis şöbəsinin rəisi vəzifələrində işləyib.

1987-ci ildə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin edilib, 1989-cu ilədək həmin vəzifədə işləyib.

1989-1991-ci illərdə Azərbaycan Respublikası DİN-in Cinayət Axtarış İdarəsinin rəisi, 1991-1992-ci illərdə Pasport İşləri, Viza və Qeydiyyat İdarəsinin rəisi, 1992-1993-cü illərdə  Kadrlar İdarəsinin şöbə rəisi vəzifələrində çalışıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin 11 avqust 1993-cü il tarixli fərmanı ilə 2-ci dəfə Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri təyin olunub.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Naxşıvanda birgə işləmiş Ramil Usubov, Heydər Əliyev Azərbaycan prezidenti seçiləndən az sonra Bakıya daha yüksək vəzifəyə gətirilir. Belə ki, Heydər Əliyevin 29 aprel 1994-cü il tarixli fərmanı ilə Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilir. Az sonra nazirin rütbəsi də artırılır - prezidentin 3 may 1994-cü il tarixli fərmanı ilə ona general-mayor, 26 dekabr 1995-ci il tarixli fərmanı ilə general-leytenant, 15 yanvar 2002-ci il tarixli fərmanı ilə isə general-polkovnik hərbi rütbəsi verilib.

Prezident Heydər Əliyevə ən sadiq nazirlərlərdən biri olan R.Usubov cinayətkarlıqla mübarizənin, ictimai təhlükəsizliyin təmin edilməsindəki xüsusi xidmətlərinə görə 24 dekabr 1998-ci il tarixində "Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

2005-ci il martında Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədovun çoxsaylı qətllər törədən və adam oğurlayan dəstəsi ifşa olunanda çoxları daxili işlər naziri Ramil Usubovun istefaya göndəriləcəyini güman edirdi. Lakin baş verənlərə rəğmən, R.Usubov vəzifəsini qoruya bildi və bu gün də Azərbaycan polisinə rəhbərliyini davam etdirir.

2014-cw ilin aprelində Ramil Usubovun daxili işlər naziri vəzifəsində çalışmağının 20 ili tamam oldu. O, 1918-ci ildən bəri Azərbaycanda ən uzun müddət daxili işlər naziri vəzifəsini daşıyan məmurdur. 1918-ci ildə əsası qoyulan bu strukturun başında R.Usubova qədər cəmi iki nəfər 10 ildən çox əyləşib ki, onlardan da heç birinin səlahiyyət müddəti 20 ilə çatmayıb. Stepan Yemelyanov 12 il (01.08.1929 – 05.02.1941), Ağasəlim Atakişiyev isə 10 il (10.07.1943 – 06.06.1953) daxili işlər naziri olub.

Daxili işlər naziri Ramil Usubovun üç övladı var, iki oğlu və bir qızı. Nazirin oğlu Raul Usubov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində İstintaq İdarəsinin rəisidir.

Ramil Usubov Azərbaycanın beynəlxalq polis strukturlarına inteqrasiya olunmasında, dünya birliyi dövlətlərinin müvafiq qurumları ilə faydalı qarşılıqlı əlaqələrin təşkil edilməsində transmilli cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlığın möhkəmləndirilməsindəki  xüsusi xidmətlərinə görə çox sayda müxtəlif yüksək mükafatlara layiq görülüb.

Məsələn, 2009-cu ildə Polşa prezidentinin sərəncamı ilə iki ölkənin münasibətlərinin inkişafına göstərdiyi xidmətlərə görə "Böyük zabit" ordeni ilə təltif olunub.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Cəmiyyət 23:47
Axtarışda olan şəxs Monteneqroda saxlanılıb
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Cəmiyyət 23:00
Goranboyda yıxılaraq başı betona dəyən qadın ölüb
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol