• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Bakıda Ayna Sultanovanın heykəli götürülür – Fotolar

Bakıda Ayna Sultanovanın heykəli götürülür – Fotolar
29.05.2020 06:13
Yenidənqurma işlərinə başlanılıb.

Bakının Atatürk prospektində yerləşən Ayna Sultanova parkı əsaslı təmirə bağlanıb. Parkın yeni layihəsinə əsasən Ayna Sultanovanın heykəli park ərazisindən götürüləcək.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, yenidənqurma işləri "Elta Construction” şirkəti tərəfindən aparılır. Parkın ətrafı hasarlanıb və artıq əsaslı təmir işlərinə başlanılıb. Hasarın üzərində parkın layihəsini əks etdirən şəkillər yerləşdirilib. Layihədə Ayna Sultanovanın heykəlinin park ərazisində saxlanılması nəzərdə tutulmayıb. Məsələ ilə bağlı Oxu.az-ın parkın daxil olduğu Binəqədi Rayon İcra Hakimiyyətindən rəy öyrənmək cəhdləri nəticəsiz qalıb.

Xatırladaq ki, keçən il Binəqədi Rayon İcra Hakimiyyətindən bildirilmişdi ki, parkın planlaşdırılan təmiri zamanı heykəlin götürülməsi deyil, yerinin dəyişdirilməsi nəzərdə tutulur. Parkda Ayna Sultanovanın qranitdən heykəli 1986-cı ildə ucaldılıb.

Ayna Sultanova qatı bolşevik, Azərbaycanda bolşevik partiyasına ilk yazılan Azərbaycanlı qadın, uzun illər Azərbaycanda rəhbər vəzifələrdə çalışaraq bolşevik, kommunist partiyasının ideyalarını həyata keçirən siyasi xadim və milli hökumətə qarşı silahlı üsyanın təşkilatçılarından olub. O, həmçinin Leninin, Şaumyanın, Mikoyanın, Qarayevin, Əzizbəyovun ən yaxın silahdaşı Həmid Sultanovun həyat yoldaşı, inqilabçı Qəzənfər Musabəyovun bacısı olub. O, 1938-ci ildə qardaşı Qəzənfər Musabəyov və həyat yoldaşı Həmid Sultanovla birlikdə repressiyaya məruz qalıb və xalq düşməni kimi güllələnib.

ANN.Az
 









Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
09:26
Azərbaycanda konfet sexindən iyrənc görüntülər - Fotolar
Dəmir yolu vağzalı yenilənir - Fotolar
08:53
Dəmir yolu vağzalı yenilənir - Fotolar
Sürücülərə şad xəbər - Fotolar
08:43
Sürücülərə şad xəbər - Fotolar
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
08:40
Gələn ay Bakıda yeni yol açılacaq - Fotolar
Azərbaycanda ilk elektrik maşınlar- Fotolar
06:22
Azərbaycanda ilk elektrik maşınlar- Fotolar
Sürücülərin nəzərinə: bu yol bağlandı - Fotolar
06:20
Sürücülərin nəzərinə: bu yol bağlandı - Fotolar
Paytaxtda geniş piyada keçidi tikilir - Fotolar
Foto 06:19
Paytaxtda geniş piyada keçidi tikilir - Fotolar
Yol polisi cərimələrinin ödənişi asanlaşdırılır - Fotolar
06:14
Yol polisi cərimələrinin ödənişi asanlaşdırılır - Fotolar
Azərbaycanın iştirak etdiyi 17 milyardlıq layihə - Fotolar
06:14
Azərbaycanın iştirak etdiyi 17 milyardlıq layihə - Fotolar
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol