"Kim Sovet İttifaqını bərpa etmək istəyirsə, onun ağlı yoxdur"
Qazaxıstan prezidenti Nursultan Nazarbayev hazırda ortaya çıxan böhranlarla əlaqədar Avrasiya İqtisadi İttifaqının ciddi risklərlə qarşılaşdığını bəyan edib.
ANN.Az
ANN.Az APA-ya istinadən xəbər verir ki, N. Nazarbayev bunu Astanada jurnalistlərlə keçirdiyi ilk görüşündə deyib.
O bildirib ki, indi müstəqilliyin itirilməsi və Sovet İttifaqının yenidən yaradılması barədə söhbətlər gedir: "Boş şeydir. Kim Sovet İttifaqını bərpa etmək istəyirsə, onun ağlı yoxdur. Marksist-leninçi ideologiya vardı, Kommunist Partiyası vardı, vahid iqtisadi orqanizm vardı, indi isə bunların heç biri yoxdur. Bu gün uşaqdan soruşsaq ki, Lenin kimdir, cavab verə bilməyəcək”.
ANN.Az