"Putin" də müqaviləni imzaladı
Dekabrın 23-da Rusiya prezidenti Vladimir Putin Ermənistanın Avrasiya İqtisadi İttifaqına qoşulması barədə müqaviləni imzalayıb.
ANN.Az "Media forum”a istinadən xəbər verir ki, Avrasiya İqtisadi İttifaqını bu il mayın 29-da Rusiya, Qazaxıstan, Belarus yaradıblar. Ermənistanın bu ittifaqa qoşulması haqqında müqavilə Ali Avrasiya İqtisadi Şurasının oktyabrın 10-u Minskdə keçirilən sammitində imzalanıb. Rusiya, Qazaxıstan, Belarus, Ermənistan prezidentlərinin imzaladığı müqavilə dörd ölkədə təsdiqlənməli və 2015-ci il yanvarın 1-dən qüvvəyə minməlidir.
ANN.Az