• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Daxili İşlər Nazirliyinin vəzifələri, Nəqliyyat Nazirliyinin isə səlahiyyətləri artdı

Daxili İşlər Nazirliyinin vəzifələri, Nəqliyyat Nazirliyinin isə səlahiyyətləri artdı
24.12.2014 09:25
Azərbaycan prezidenti İlham Əliyev Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi və Dövlət Mülki Aviasiya Administrasiyası haqqında əsasnamələrə dəyişikliklər edilməsi barədə fərmanlar verib.

ANN.Az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən nazirliyin vəzifələri artırılıb.

Daxili İşlər Nazirliyinin vəzifələri sırasına  avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin "İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək əlavə olunub. Nəqliyyat Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən avtomobil və dəmiryolu nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə "İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək bu nazirliyin funksiyaları sırasına daxil edilib. Dövlət Mülki Aviasiya Administrasiyası haqqında Əsasnaməyə edilən dəyişikliyə görə isə hava nəqliyyatı vasitələri sərnişinlərinin fərdi qəza sığortası üzrə "İcbari sığortalar haqqında” qanuna uyğun olaraq icbari qaydada sığortalanmasına nəzarət etmək Administrasiyanın vəzifələrindən biri olacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol