Bakıda “Həzi Aslanov”u mühasirəyə aldılar - Video

Stansiyada 3 istiqamətdə obyektin olması azmış kimi...
Dekabrın 23-ü gecə saat 02.00 radələrində "Həzi Aslanov” metrostansiyasının giriş-çıxış hissəsinin düz qarşısında köşk qoyulub. Köşkün ərazidə qoyulması səbəbindən "Həzi Aslanov” metrostansiyasından istifadə edən vətəndaşların hərəkətində maneə yaranıb. Stansiyada 3 istiqamətdə obyektin olması sərnişinlərin metrostansiyaya daxil olmasına narahatçılıq yaratdığı azmış kimi, indi bu ikiqat problem yaradıb. "Həzi Aslanov” metrostansiyasının giriş-çıxış hissəsinin mühasirəyə alınması nəticəsində, sərnişinlərin ərazidə rahat hərəkət etmələri üçün böyük maneə yaranıb.
Hadisə ilə bağlı "Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayevlə əlaqə saxladıq. Şöbə rəisinin bildirdiyinə görə, məsələdən xəbərdardırlar və müvafiq araşdırma artıq başlayıb: "Köşkün orada qoyulmasının Bakı Metropoliteni ilə heç bir əlaqəsi yoxdur. Hal-hazırda bununla bağlı araşdırma gedir. Araşdırmanın nəticəsindən sonra köşkün ora kim tərəfindən və nə üçün qoyulduğu məlum olacaq”.
Qeyd edək ki, bu məsələ ilk növbədə təhlükəsizlik qaydalarının kobudcasına pozulmasıdır. Belə ki, metroda hər hansı bir fövqəladə hadisə baş verərsə (yanğın və sair), metro çıxışlarında quraşdırılmış belə köşklər insanların təxliyyə olunması, sərnişlinlərin stansiyaları rahat şəkildə tərk etməsinə mane olacaq. //oxu.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 