• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Bakı metrosunda YENİLİK

Bakı metrosunda YENİLİK
25.12.2014 10:20
Vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün...

Bakı Avropa Oyunları ilə əlaqədar Bakı Metropolitenində məlumat tabloları həm Azərbaycan, həm də ingilis dilində olacaq.

ANN.Az Oxu.Az-a istinadən xəbər verir ki, bu məlumatı "Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

N.Paşayev qeyd edib ki, "Bakı Metropoliteni” QSC Avropa Oyunlarının Təşkilat Komitəsi ilə birgə əməkdaşlıq edir. Bakıda keçiriləcək ilk Avropa Oyunlarında xarici vətəndaşların rahat gediş-gəlişini təmin etmək üçün metrostansiyalarda məlumat tabloları iki dildə - Azərbaycan və ingilis dilində quraşdırılacaq.
 
Eyni zamanda, şöbə rəisinin sözlərinə görə, Avropa Oyunları zamanı xüsusi avtobuslar olacaq ki, həmin avtobuslar metro stansiyalarının qarşısından oyunların keçiriləcəyi obyektlərə istiqamət alacaq. Bununla bağlı həmin avtobusların metro stansiyalarının qarşısından nə zaman və hansı idman obyektinə hərəkət edəcəyi ilə bağlı ingilis və Azərbaycan dilində məlumat tabloları quraşdırılacaq.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakı metrosunda YENİLİK
Qaynari.nfo 10:20
Bakı metrosunda YENİLİK
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol