"Türkiyədə azərbaycanlı tələbələrin oturum icazəsi almaq problemi var" - MÜSAHİBƏ
Azərbaycanın
Ankara Səfirliyinin Təhsil Müşaviri Nəcibə Nəsibova Türkiyədə təhsil
alan azərbaycanlılarla bağlı ANN.az-ın suallarını cavablandırıb.
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı nə qədərdir?
- Tələbələrimiz əsasən hansı
ixtisaslar üzrə təhsil alır ?
- Tələbələrimizin Əmniyyət Müdürlügünə oturum icazəsi almaq üçün müraciət edərək randevu alması üçün 90 gün vaxt müəyyən olunub. Bu
prosedur təhsil alan gənclərimiz üçün müəyyən problemlər yaradır. Məsələn qış
tətili başlayır, tələbə iqamət icazəsi ala
bilmədiyi üçün istədiyi yerə gedə bilmir. Mən Köç idarəsinin əcnəbi
vətəndaşlarla iş üzrə şöbə müdiri Aydoğan Asar ilə görüşüb bu məsələdə yardım
etmələrini xahış etdim. O da yanımda bu
məsələdə məsul olan məmuru çağırıb bütün azərbaycanlı
tələbələrin sənədlərinin vaxtında verilməsi üçün təlimat verdi.
- Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı nə qədərdir?
- Son illərdə Türkiyədə universitetlərin sayınının artmasıyla bağlı
burda təhsil alan tələbələrimizin də sayı iki dəfə artıb. Bir çox universitetdə
oxumaq üçün sadəcə bizim atestatlar yetərlidir. Bu sayın artmasına xüsusilə
təsir edir. Türkiyə dövlət qurumlarıyla birgə çalışmalarımıza əsaslanaraq, bu
sayın 8000 üzərində olduğunu deyə bilərik (2012-də bu rəqəm 4700 nəfər olub-
müəl.). Türkiyənin 81 ili (rayon – müəl.) var ki, bunun da 71-ində təhsil alan
tələbələrimiz var. Qeydiyyata alınmayan tələbələrin də olması mümkündür. Çünki
Türkiyənin təhsil sistemi elədir ki, ilin istənilən dönəmində tələbə mazun ola
bilir, universitetlə əlaqəsini kəsə bilir. Bununla bağlı bilgilərin
göndərilməsi bəzən gecikir. Biz hər təhsil ilinin əvvəlində, smestrlərin
sonunda universitetlərlə əlaqə saxlayıb neçə tələbəmizin qeydə alındığını,
müvəffəqiyyətləriylə bağlı bilgilər alırıq.
- Gənclərimiz daha çox İqtisadi İdari Bilimlər
Fakültəsinə girirlər. Bu fakültə içərisində iqtisadi işlətmə, beynəlxalq
əlaqələr bölmələri mövcuddur. Tibb,
hüquq, mühəndislik oxuyanlarımız çoxdur. Amma bütün başqa ixtisaslar üzrə də
oxuyan tələbələrimiz var.
- Ermənilərin
Azərbaycan ərazilərini işğal etməsiylə bağlı həqiqətlərin dünyaya çatdırılması
məqsədiylə tədbirlərin keçirilməsində gənclərin töhfələri necədir? Tədbirlərin
effektivliyinin artırılması üçün türk gənclərin də cəlb olunması yönündə nə
kimi işlər görülür?
- Bəlkə vətəndən uzaqda olduqlarındandır, gənclərimiz
çox vətənpərvərdirlər. 20 yanvar, Xocalı faciələrinin ildönümünə aylar qalmış başlayırlar əlaqə saxlamağa ki,
oxuduğumuz universitetdə tədbir keçiririk, bizə dəstək olun. Sadəcə Ankara,
İstanbul və İzmir kimi şəhərlərdən deyil, hər şəhərdən əlaqə saxlayırlar. Həm
də sadəcə türk vətəndaşları deyil, onlarla bərabər təhsil alan xarici
vətəndaşları da tədbirlərinə cəlb etməyə çalışırlar. Biz də əlimizdən gəldiyi qədər
dəstək veririk. Onlara tanıtım məqsədli materiallar göndəririk. Keçən il
İzmirdəki tələbələrimiz vasitəsiylə "Xocalı
xarici tələbələrin gözüylə” yarışması təşkil etmişdik. Dünyanın 31
ölkəsindən İzmirdə təhsil alan tələbə gənclər yarışmaya qatılmışdı.
- Tələbələr oturum icazəsinin alınmasıyla bağlı problemlərlə qarşılaşdıqlarını deyirlər. Bu kimi
problemlərlə bağlı tələbələrə necə kömək edirsiz?
Şəhla Əbusəttar Yaman
Ankara
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər