• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Yeni milyarder azərbaycanlı - Video+Foto

Yeni milyarder azərbaycanlı - Video+Foto
30.12.2014 13:31
Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamlarının sayı artır. Belə ki, Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov da tezliklə milyarderlər sırasına daxil olacaq.

ANN.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Vahid Ələkbərov atasının adını verdiyi oğlunu öz 7,6 milyard dollarının varisi edəcək. Amma bir şərt qoyub - Yusif Ələkbərov da öz ulu babası, babası və atası kimi işə lap aşağıdan, adi işçi kimi başlamalıdır. İkinci şərt isə səhmlər zərfini parçalamamaq və bölüşdürməməklə bağlıdır. "LUKOYL” neft şirkətinin prezidenti daima bazardan şirkətin səhmlərini alaraq öz zərfini artırır - Vahid Ələkbərov şirkətinin gələcəyinə inanır.

24 yaşlı Yusif Ələkbərov artıq Sibirdədir və Koqalımda işləyir. "O, əlbəttə, buruqçu və ya fəhlə deyil, amma aşağı vəzifəli mühəndis işləyir”,- deyə Koqalımdakı mənbə Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, Koqalımın mərkəzində mənzildə qalan Yusif işə "Mersedes Galendvagen"də gedir. O, sahədə işləyir. Tətillərdə isə Moskvaya ailəsini görməyə gedir.

Əlbəttə, Moskvanın gözəl həyatını Sibir çöllərinin əziyyəti ilə müqayisə etmək olmaz. Amma gənc Yusif buna dözməlidir. Çünki atasının vəd etdiyi 7,6 milyard dollara çatmaq, həmin pullarla daha böyük işlər görmək üçün onun keçdiyi yolları təkrarlamalıdır.

 



Oxşar xəbərlər
Oxşar xəbərlər
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Dünya 10:33
Dünyada yeni ili necə qarşıladılar - Fotolar
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
Dünya 09:31
Toyda oynadığı yerdə qızı qaçırdılar - VİDEO
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünya 09:15
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Dünya 08:55
Dünyanı heyrətə salan evlilik təklifi - FOTO
Baş nazirin üstünə mayonez atdılar - VİDEO
Dünya 06:35
Baş nazirin üstünə mayonez atdılar - VİDEO
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Dünya 06:35
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Dünya 06:35
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Fədakar itdən ibrətamiz hərəkət - VİDEO
Dünya 06:34
Fədakar itdən ibrətamiz hərəkət - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol