• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Benzin bahalaşa bilər - Azərbaycanda

Benzin bahalaşa bilər - Azərbaycanda
30.12.2014 21:44
2015-ci ildən yanacağın qiyməti bahalaşa bilər.

ANS TV-nin məlumatına görə, Milli Məclisin bu ilə olan son iclasında Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən Azərbaycanda istehsal olunaraq daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qaz yol vergisinin vergitutma obyektidir.

Gələn ildən avtomobil benzininə, dizel yanacağına və maye qaza yol vergisi onların hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə hesablanacaq. Dəyişikliyə əsasən avtomobil sahibləri yol vergisindən azad edilib, əvəzində vergi yanacağın hər litrə görə qiymətinə 2 qəpik əlavə olunmaqla tutulacaq.

İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadənın sözlərinə görə, avtomobil benzininə, dizel yanacağına və maye qazanın hər litirinin topdansatış qiymətinə və idxal olunan həmın malları gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulmuşdu. Bu verginin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycan Respublikası ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, Azərbaycan Respublikası ərazisinə idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcəkdir.

Azərbaycanda yanacağın qiymətini Tarif Şurası müəyyən edir. Benzin, dizel və maye qazın qiymətinə 2 qəpik əlavə vergi tutulmasından sonra Tarif Şurasına müraciət olunacağı ehtimalı böyükdür.

ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Qaynari.nfo 06:44
Azərbaycanın istehsal etdiyi hərbi maşın - VİDEO
Maaşlar artacaq - Şad Xəbər
Qaynari.nfo 16:39
Maaşlar artacaq - Şad Xəbər
Azərbaycan üçün böyük təhlükə
Qaynari.nfo 11:03
Azərbaycan üçün böyük təhlükə
Sürücülərə şad xəbər
Qaynari.nfo 09:20
Sürücülərə şad xəbər
Maşın almaq istəyənlərin nəzərinə
Qaynari.nfo 13:54
Maşın almaq istəyənlərin nəzərinə
Benzin bahalaşa bilər - Azərbaycanda
Qaynari.nfo 21:44
Benzin bahalaşa bilər - Azərbaycanda
Şad xəbər: Maaşlar artacaq
Qaynari.nfo 11:00
Şad xəbər: Maaşlar artacaq
Bu avtomobillərin Bakıya daxil olmasına qadağa qoyuldu
Qaynari.nfo 10:48
Bu avtomobillərin Bakıya daxil olmasına qadağa qoyuldu
Prezident fərman verdi: kredit faizləri enir – Ekspert rəyi
Qaynari.nfo 10:32
Prezident fərman verdi: kredit faizləri enir – Ekspert rəyi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol