• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

"20 Yanvar - 25 İL" - Tədbirlər Planı təsdiqləndi

02.01.2015 12:10
Azərbaycanda 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı tədbirlər planı təsdiqlənib

Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə "20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” təsdiq edilib.

"AzərTAc”ın yaydığı məlumata görə, sənəddə respublikanın şəhər və rayonlarında, o cümlədən idarə və təşkilatlarda 20 Yanvar hadisələri ilə bağlı toplantı, konfrans və mühazirələrin təşkili, mədəniyyət ocaqlarında faciəyə həsr olunmuş tamaşaların göstərilməsi, bədii və sənədli filmlərin nümayiş etdirilməsi, bu tədbirlərin kütləvi informasiya vasitələrində geniş işıqlandırılması, dünya ictimaiyyətinin diqqətini faciəyə yönəltmək məqsədilə Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri və diaspor qurumları tərəfindən müvafiq tədbirlərin keçirilməsi, dünyanın aparıcı kütləvi informasiya vasitələrində, eləcə də televiziya kanallarında və internet şəbəkələrində 20 Yanvar faciəsi barədə materialların verilməsi nəzərdə tutulub.

Tədbirlər planına əsasən 20 Yanvar hadisələri zamanı şəhid olanların ailələrinə humanitar yardım veriləcək, Şəhidlər Xiyabanı ərazisində lazımi işlər aparılacaq, Azərbaycanda təmsil olunan əsas dini konfessiya və qurumlar tərəfindən faciə qurbanlarının xatirəsinə həsr olunan dini mərasimlər təşkil ediləcək.

Bundan başqa, sənəddə paytaxt ictimaiyyətinin yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətinin təşkili, saat 12.00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, gəmilər, avtomobillər və qatarlar vasitəsilə səs siqnallarının verilməsi, gün ərzində Şəhidlər Xiyabanında matəm musiqisinin səsləndirilməsi, respublikanın şəhər və rayonlarında, kənd və qəsəbələrində hüzn əlaməti olaraq dövlət bayraqlarının endirilməsi və digər tədbirlər nəzərdə tutulub.
 
 
ANN.Az
 


Oxşar xəbərlər
Oxşar xəbərlər
NATO təlimlərində özəl FOTOLAR
20:53
NATO təlimlərində özəl FOTOLAR
1 ay ərzində
15:12
1 ay ərzində "MTN işi" adı altında həbs olunanlar - SİYAHI
İlham Əliyev Türkiyəyə getdi
17:40
İlham Əliyev Türkiyəyə getdi
Azərbaycan prezidenti: “Bu ağır anlarda biz Fransa xalqı ilə birlikdəyik”
10:21
Azərbaycan prezidenti: “Bu ağır anlarda biz Fransa xalqı ilə birlikdəyik”
İlham Əliyevdən MTN-lə bağlı YENİ SƏRƏNCAM
20:48
İlham Əliyevdən MTN-lə bağlı YENİ SƏRƏNCAM
İlham Əliyev bu qanuna  dəyişikliyi təsdiq etdi
10:25
İlham Əliyev bu qanuna dəyişikliyi təsdiq etdi
10:10
"Səsvermə baş tutdu" - Məzahir Pənahov
Əliyevdən Putinə başsağlığı
14:29
Əliyevdən Putinə başsağlığı
Azərbaycan XİN-dən həmsədrlərlə bağlı SƏRT BƏYANAT
11:44
Azərbaycan XİN-dən həmsədrlərlə bağlı SƏRT BƏYANAT
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox