• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Rusiya iqtisadiyyatı üçün dəhşətli proqnozlar

Rusiya iqtisadiyyatı üçün dəhşətli proqnozlar
03.01.2015 19:38
Rusiya höküməti iqtisadiyyatın son 5 ildə ilk dəfə tənəzzül yaşadığını açıqlamasından sonra rus valyutasının məzənnəsi yenidən düşüb. Bu yaxınlarda Rusiya höküməti bankları stabilləşdirmək və rublun dəyərini yüksəltmək üçün atacağı addımları açıqlayıb. Ekspertlər isə ölkə iqtisadiyyatının gələn il də tənəzzül yaşayacağını bildiriblər.

ANN.Az "Amerikaninsesi.org-a istinadən xəbər verir ki, Rusiyanın iqtisadi perspektivləri zəifləyib. Bu il Rusiya valyutası dəyərinin yarısını itirib, banklarda isə pul vəsaitləri azalır.

Karnegi Beynəlxalq Sülh Fondunun iqtisadçısı Uri Daduş situasiyanın daha da pisləşəcəyini deyib. Gələn il Rusiyanı uçurum gözləyir. Orada ciddi tənəzzül olacaq. Hazırda isə orada nəhəng etimad böhranı yaşanır. Sərmayədarlar ölkədən 100 milyard dollardan çox pul çıxarıblar. Rublu sabitləşdirmək və bankları ayaqda saxlamaq üçün Moskva faiz dərəcələrini kəskin şəkildə artırıb və yaxın zamanda Rusiya banklarına 20 milyard dollar buraxacağını açıqlayıb. 

Baş nazirin müavini İqor Şuvalov deyib: "Bütün bu tədbirlər bizim sabit bank sektorumuzun yeni şərtlər altında daha da sabit olmasına yol açacaq və mümkün şoklara qarşı qoruyacaq”.

Ağ Evin iqtisadi müşaviri Ceyson Furman söyləyib ki, əlavə olaraq neftin qiymətinin kəskin şəkildə düşməsində və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsində də Rusiya özü günahkardır. Bu onların özlərinin səbəb olduğu ciddi iqtisadi vəziyyətdir və onların beynəlxalq qanunlara riayət etməmələrinin nəticəsidir.

Moskva ilə çox az ticari əlaqəsi olan ABŞ isə bu haldan zərər çəkmir. Lakin Rusiyanın Çin və Avropa kimi ticarət tərəfdaşlarının zərər çəkəcəyi gözlənilir. Rusiya sərhədinin 30 kilometr yaxınlığında yerləşən Lappinranta şəhərciyinə artıq turist gəlmir. Nəticədə şəhər rəsmiləri minə yaxın mağazanın bağlanacağını bildiriblər.

İqtisadçı Uri Daduş deyib ki, neft qiymətlərinin artmadığı və prezident Vladimir Putinin Krımla bağlı fikrinin dəyişmədiyi halda Rusiya iqtisadiyyatının bərpası illər alacaq: "Mən bunun Putinə təsir edəcəyini düşünmürəm. Əksinə, orta təbəqəli ruslar və bütövlükdə Rusiya iqtisadiyyatı uzun zaman əziyyət çəkəcək və iki-üç il sonra bir nöqtədə iqtisadiyyat yenidən sabitləşəcək.”

Rusiya xarici işlər naziri Sergey Lavrov böhranın uzun çəkməyəcəyini, tarixin Rusiya xalqı və iqtisadiyyatının bərpa olunacağını və əvvəlkindən daha güclü olacağını göstərdiyini vurğulayıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünya 09:15
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Dünya 06:35
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Dünya 06:35
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
ABŞ ordusunun ölümcül 5 silahı - FOTOLAR
Dünya 06:04
ABŞ ordusunun ölümcül 5 silahı - FOTOLAR
Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTOLAR
Dünya 06:04
Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTOLAR
Milyarderlər harada dincəlirlər? - Fotolar
Dünya 06:04
Milyarderlər harada dincəlirlər? - Fotolar
Ən maraqlı yeni il adətləri
Dünya 01:59
Ən maraqlı yeni il adətləri
Qadının geyimi müsəlmanları şoka saldı - FOTOLAR+VİDEO
Dünya 23:22
Qadının geyimi müsəlmanları şoka saldı - FOTOLAR+VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol