• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İŞİD universitet açdı

İŞİD universitet açdı
05.01.2015 10:22
İŞİD özünə paytaxt elan etdiyi Suriyanın Raqqa şəhərində universitet açıb.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, Universitetin ilk fakültələrindən biri tibbdir.

İslam dövləti qurmaq məqsədilə İraq və Suriya ərazilərini işğal edən İŞİD 2 milyon dollar olan illik büdcəsini 2015-ci ildə 250 milyon dollara qaldırmaq fikrindədir. 62 bankı qarət edən İŞİD təkcə neftdən gündə 1 milyon qazanır. Neftdən sonra ən böyük gəliri zəkat və əsirlər qarşılığında ölkələrdən aldığı fidyə hesab olunur.

Artıq təşkilat işğal etdiyi ərazilərdə dövlət əsasıarına uyğun tədbirlər planı həyata keçirir, şəriət qaydalarına əsasən sistem yaradır. Kürdlərin "Rudaw" qəzetinin yazdığına görə, 2015-ci ildə budcəsini 250 milyon dollara qaldırmağı planlaşdıran terror təşkilatı işğal altında saxladığı ərazilərdə könüllü yaşamağa razı olan kasıblara, dullara və hücumlar nəticəsində uşaqları ölən ailələrə təzminat ödəyir.

Bu arada İŞİD Raqqa şəhərində tibb fakültəsi açdığını elan edib. "Rudaw" qəzetinin verdiyi xəbərə görə, fakültəyə tələbə toplamaq məqsədilə terrorçular şəhər mərkəzində bildirişlər yaymağa başlayıb. Artıq müraciət edənlər də var və təhsilə başlamaq üşün onlardan hazırlaşmaq tələb olunub. "İŞİD Səhiyyə Divanı" imzalı bildirişdə deyilir ki, tələbələr 3 il ərzində təhsil alaraq "həkim" olacaqlar və 18-30 yaş arası şəxslərin müraciət etməsi tələb olunur.

Qeyd edək ki, bir çox ölkələrdə olduğu kimi, Suriyada da tibb təhsili 6 illikdir.

ANN.Az


Oxşar xəbərlər
Oxşar xəbərlər
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
Dünya 10:19
Balaca gəlin yaşlı ərinə siçan zəhəri verdi - FOTO
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Dünya 09:15
“Seks cihadı”na qoşulmayan 150 qadın edam edildi - ŞOK
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Dünya 06:35
Heroin tüstüsünü qoxlayıb yayıma çıxanda belə olur - VİDEO
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
Dünya 06:35
Avtobus sürücüsü sükanı buraxıb rəqs etdi - VİDEO
ABŞ ordusunun ölümcül 5 silahı - FOTOLAR
Dünya 06:04
ABŞ ordusunun ölümcül 5 silahı - FOTOLAR
Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTOLAR
Dünya 06:04
Azərbaycanlı milyarderin 400 milyonluq yaxtası - FOTOLAR
Milyarderlər harada dincəlirlər? - Fotolar
Dünya 06:04
Milyarderlər harada dincəlirlər? - Fotolar
Ən maraqlı yeni il adətləri
Dünya 01:59
Ən maraqlı yeni il adətləri
Qadının geyimi müsəlmanları şoka saldı - FOTOLAR+VİDEO
Dünya 23:22
Qadının geyimi müsəlmanları şoka saldı - FOTOLAR+VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol