• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğan erməniləri məyus etdi

Ərdoğan erməniləri məyus etdi
07.01.2015 14:46
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Ankarada xarici ölkə səfirlərinin 7-ci konfransında "erməni soyqırımı" haqqında danışıb, Ermənistanı başqalarının mövqeyini öz şəxsi nöqteyi-nəzərinə uyğun yozmağa çalışmaqda günahlandırıb.

ANS PRESS-in "Hürriyyət"ə istinadən verdiyi məlumata görə, o çıxışında deyib: "Ermənistan bu metroda əl ataraq "soyqırım" məsələsinin siyasiləşməsi üçün enerji xərcləməyə üstünlük verir. Mən bilirəm ki, Türkiyə Xarici İşlər Nazirliyi bu məsələ üzərində intensiv işləyir. İnanıram ki, 2015-ci ildə Xarici İşlər Nazirliyi və başqa strukturlar bütün bunların öhdəsindən gələcək."

R.T.Ərdoğan vurğulayıb ki, Türkiyənin mesajlarına, atdığı addımlara və təşəbbüslərə Ermənistan tərəfindən reaksiya verilmir.

Türkiyə prezidentinin bu mövqeyi erməniləri əsəbləşdirib. Onlar yazıblar ki, onun başçılığı ilə türk dövləti "erməni soyqırımı" faktını inkar edir. Türkiyə tərəfi "soyqırım" faktının tanınmasından qaçmaq üçün daha çox müasir metodlara əl atır. Məsələn, Ərdoğanın "ümumi ağrı" haqqında tezisini xatırlatmaq kifayətdir.

Son zamanlar şişirdilən bu tezisin mahiyyətinə əsasən, Türkiyə rəsmi dairələri etiraf edirlər ki, 20-ci əsrin başlanğıcında ermənilər məhrumiyyətlə üzləşiblər, ancaq bunu "soyqırım" adlandırmırlar. Ermənilərin itkilərini türklərin itkiləri ilə eyniləşdirməyə çalışırlar. Türklər bunu Birinci Dünya müharibəsi çərçivəsində baş verən hadisə, "ümumi ağrı" adlandırır və beləliklə, "soyqırım" faktını inkar edirlər.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Dünya 22:00
Türkiyənin 31 əyalətində qarlı hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
“Parisin son kraliçası” vəfat edib
Dünya 21:30
“Parisin son kraliçası” vəfat edib
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox