• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Akif Əlizadə alimlərə çağırış etdi

Akif Əlizadə alimlərə çağırış etdi
09.01.2015 17:17
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparmalıdır.
 

Akademiyadan Trend-ə verilən məlumata görə, bunu Rəyasət Heyətində Azərbaycanda neft yataqlarının işlənməsi və istismarı üsulları ilə bağlı müzakirələrə həsr olunmuş görüşdə çıxış edən AMEA prezidenti akademik Akif Əlizadə deyib.
 
A.Əlizadə neftin istismarı ilə bağlı problemin bütün dövrlərdə aktual olduğunu bildirib.
 
Akademik Xoşbəxt Yusifzadənin Azərbaycan alimlərinin I Qurultayında çıxışı zamanı səsləndirdiyi "köhnə neft yataqları və mədənlərimizdən qalıq neftin çıxarılması aktual məsələdir” fikrini xatırladan alim neft hasilatının yüksəldilməsi, alimlərimizin bu sahədə araşdırmalarının dərinləşdirilməsinin vacibliyini vurğulayıb.
 
A.Əlizadə qeyd edib ki, ARDNŞ ilə əməkdaşlıq əlaqələri genişləndirilməli və alimlərimiz müvafiq sahədə şirkətə köməyini əsirgəməməlidir.
 
AMEA prezidentinin sözlərinə görə, neft yataqlarının səmərəli istismarını həyata keçirmək üçün kimya, biologiya və digər elmlərin nailiyyətlərindən yararlanmaq lazımdır, nanotexnologiyaların neft sahəsində tətbiqinə dair tədqiqatlar aparılmalı və ARDNŞ-yə təkliflər irəli sürülməlidir. Onun fikrincə, bu, həm də neft sahəsində fəaliyyət göstərən mütəxəssislərlə alimlərimizin əməkdaşlığının təmini baxımından əhəmiyyətlidir.
 
A.Əlizadə AMEA-nın Təcrübə-sənaye zavodunun fəaliyyətindən söz açaraq, müəssisəni texnoparka çevirməyin mümkün olduğunu diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd hər bir alimin öz təcrübəsinə əsaslanaraq böyük maliyyə sərf etmədən neftin çıxarılması üçün ən səmərəli üsulu təklif etməsidir.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Cəmiyyət 20:30
Bu gündən sığortalıların cərimələrindən toplanan vəsaitin 43 faizi işçilərə xərclənəcək
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Cəmiyyət 20:00
Dövlət-özəl tərəfdaşlığında podratçıların texnika idxalı ƏDV və rüsumlardan azad edilib
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
Cəmiyyət 19:31
Bəzi dağlıq ərazilərdə yollar buz bağlayacaq
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Cəmiyyət 18:30
"Qarpız" yükünün içərisində xüsusilə külli miqdarda narkotik vasitə aşkarlanıb
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Cəmiyyət 18:00
Vəkil və mediatorlar üçün sosial sığorta haqqı 5 faiz artırılıb
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
Cəmiyyət 15:43
Mehriban Əliyeva sosial media hesabında 2026-cı ilin ilk günü ilə bağlı təbrik paylaşımı edib
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Cəmiyyət 15:34
AZAL borc qiymətli kağızlarına investisiya qoymağa başlayıb
Zaqatalada yol qəzası: 2 nəfər xəsarət alıb
Cəmiyyət 15:26
Zaqatalada yol qəzası: 2 nəfər xəsarət alıb
Pensiya artımları bu aydan hesablanacaq
Cəmiyyət 15:21
Pensiya artımları bu aydan hesablanacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol

Son xəbərlər

Daha çox