Terror Merkellə Ollandın görüşünü təxirə saldı
Fransada baş verən terror hadisələri dünyanın siyasi səhnəsinə də təsir edib.
"Qafqazinfo” rosbalt.ru-ya istinadən xəbər verir ki, buna görə Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın görüşü təxirə salınıb.
11 yanvarda baş tutmalı olan danışıqların hansı günə təyin edildiyi də hələ bilinmir.
Xatırladaq ki, yanvarın 7-də "Charlie Hebdo” redaksiyasına edilən hücumda 12 nəfər ölüb. Hadisədə günahlandırılan Quaşi qardaşlarının bir neçə dəqiqə əvvəl Fransa polisi tərəfindən öldürüldüyü bildirilir.
ANN.Az