• $ 1.7
  • € 1.9592
  • ₽ 0.021249
  • ₺ 0.0431
  • £ 2.3008

Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO

Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
29.05.2020 06:49
Bakıda vətəndaşın 357 ədəd təsbehdən ibarət kolleksiyası var.

ANS TV-nin məlumatına görə, Yasən dayının adı kimi maraqlı bir hobbisi var. O, təsbeh yığmaqla məşquldu.

"Maraqlı təsbeh və pul kolleksiyam var. Hazırda Ukrayna, eyni zamanda Fələstinin və Azərbaycanın bayrağından təsbehlərim var. Eləcə də Gürcüstandan gətirilən təsbehlər də var”, – deyə kolleksioner Yasən Bədəlov bildirib.

Onun nə az nə çox, düz 357 ədəd təsbehdən ibarət olan kolleksiyasi var. Hər kim ki, xaricə gedir, mütləq kolleksioner üçün təsbeh gətirir. Müxtəlif ölkələrdən, müxtəlif forma və rəngdə olan bu təsbehlərin Yasən dayının sözlərinə görə, öz tarixçəsi var. Təsbehlərin bir qismi həbsxanada yatan düstaqlar tərəfindən düzəldilib. Hətta evin küncündə bəzi təsbehlər üçün xüsusi yer də hazırlanıb. Misal üçün, daş-qaşlı təsbehi kolleksioner xaricdə bir ərəblə dəyişib.

"Mənə o vaxt bir ərəb, diş həkimim verib. Daha doğrusu ərəb bunu mənə vermirdi dəyişmişik. Belə ki, bizim təsbehlərdən birini vermişəm ona, əvəzində bunu almışam”, – deyə kolleksioner Yasən Bədəlov vurğulayıb.

Kolleksiyanın içərisində qəribə təsbehlərə də rast gəlmək olar - təsbehin içi həşaratlardan ibarətdir. Bu qəribə kolleksiyada saat batareyalarından da düzəldilən təsbeh görə bilərsiniz. Kolleksioner deyir ki, xoşladığı təsbehlər sırasında Azərbaycan bayrağı yer alır. Kolleksionerin bu maraqlı məşquliyyətilə bağlı arzusu da var.

"Arzum odur ki, qızıldan bir təsbehim olsun. Eyni zamanda ömür yetsə, təsbehlərin sayını 357-dən 500-ə çatdırımaq istəyirəm. Daha sonra təsbehləri hər bir kəsə hədiyyə verərəm”, – deyə kolleksioner Yasən Bədəlov qeyd edib.

Biz isə kolleksionerə öz arzusuna çatmağı, kolleksiyasının isə bir az da böyüməsini arzu edirik.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FHN-in qadın xilasediciləri - VİDEO
10:57
FHN-in qadın xilasediciləri - VİDEO
Bakıda kranla evlilik təklifi – VİDEO
10:23
Bakıda kranla evlilik təklifi – VİDEO
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
10:01
Bakı Beynəlxalq Avtovağzalın qarşısında yenidən sürüşmə - FOTOLAR+VİDEO
Bakı metrosunda vəhşilik - VİDEO
Qaynari.nfo 06:49
Bakı metrosunda vəhşilik - VİDEO
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
06:49
Azərbaycanlının təsbeh kolleksiyası - VİDEO
Tələbələrə şad xəbər - Video
06:45
Tələbələrə şad xəbər - Video
Bakıda “kley iyləyənlər” - VİDEO
06:44
Bakıda “kley iyləyənlər” - VİDEO
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
06:42
Azərbaycanın şimalında hərəkət çətinləşdi - VİDEO
Polisi sürüyən sürücü tutuldu - VİDEO
06:38
Polisi sürüyən sürücü tutuldu - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol