Obama daha 5 Quantanamo dustağını azad etdi
Quantanamodakı daha 5 yəmənli dustaq azad edilib. Onlar Estoniyaya və Omana göndərilib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi bu barədə məlumat yayıb. Məlumatda deyilir ki, məhkumlardan biri Estoniyaya, dördü isə Omana göndərilib. ABŞ səlahiyyətliləri sərbəst buraxılan məhkumların Yəməndəki siyasi durumla əlaqədar olaraq ölkələrinə göndərilmədiklərini ifadə ediblər.
Sonuncu sərbəst buraxılan 5 dustaq Pakistanda həbs edilmişdi. Son məlumatlara görə, 122 nəfər hələ də Quantanamo həbsxanasında saxlanılır.
ABŞ prezidenti Barak Obama Kuba yaxınlığındakı bu məşhur həbsxananın qapadılması və məhkumların transfer edilməsi ilə bağlı fərman imzalayıb, lakin Konqreslə bağlı maddənin dəyişdirilməsi prosesi bir qədər gecikdirir.
Obama hesab edir ki, bu həbsxananın fəaliyyət göstərməsi ABŞ-ın beynəlxalq təhlükəsizliyini zəiflədir, müttəfiq və ortaqlarla əlaqələrə zərər vurur: "Bu həbsxananı bağlamaq beynəlxalq öhdəlikdir. Onun fəaliyyət göstərməsi beynəlxalq təhlükəsizliyimizə quyu qazır. Buranı bağlamalıyıq. Konqresin hər iki qanadını bu işdə bizə yardımçı olmağa çağırırıq".
ANN.Az