• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ərdoğan Dağlıq Qarabağ məsələsindən danışdı

Ərdoğan Dağlıq Qarabağ məsələsindən danışdı
15.01.2015 17:32
​Türkiyə prezidenti Dağlıq Qarabağ məsələsində Azərbayacana dəstək verdiyini bir daha vurğulayıb

"Strateji Əməkdaşlıq Şurasında bu günədək gördüyümüz işləri, eləcə də həyata keçirmək niyyətində olduğumuz işləri müzakirə etdik".

"Report"un məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VI iclasının nəticələrinə həsr olunmuş mətbuat konfransında bəyan edib.

Ərdoğan Prezident İlham Əliyevi Türkiyədə görməyindən məmnun olduğunu ifadə edərək, prezident seçildikdən sonra ilk xarici səfərini Azərbaycana gerçəkləşdirdiyini də xatırladıb.

O bildirb ki, Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi son ildə 5 milyard dollar təşkil edib: "Məqsədimiz 2023-cü ilədək bu rəqəmi 15 milyard dolara çatdırmaqdır. Biz əminik ki, tərəflərin bu hədəfə çatmaq istəyi var".

Türkiyə prezidenti əlavə edib ki, Şurada Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsi də müzakirə olunub. O, ATƏT-in Minsk qrupunun fəaliyyətinin ciddi nəticə vermədiyini və münaqişənin hələ də həll olunmadığını vurğulayıb. Türkiyə prezidenti bu məsələdə Azərbaycana dəstək verdiyini bir daha bəyan edib.

R.T.Ərdoğan həmçinin "G-20" sammitinə Türkiyənin ev sahibliyi edəcəyini və bu tədbirə Azərbaycan Prezidentinin də dəvət olunduğunu vurğulayıb.

Türkiyə prezident deyib ki, bu il aprelin 24-də Türkiyədə 1915-ci ildə Çanaqqala zəfərinin 100-cü ildönümü münasibətilə keçirilməsi planlaşdırılan tədbirlərə Azərbaycan Prezidenti İlham Əliyevi də dəvət edib.

Ərdoğan çıxışında TANAP layihəsinə də toxunaraq qeyd edib ki, onun gerçəkləşdirilməsi üçün addımlar atılır: "2015-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara veriləcək. Bu da Pekindən İstanbula yolun açılması deməkdir".

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
12:23
Azərbaycan prezidentinin Türkiyəyə səfəri başlayıb
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
12:13
​XİN: “ABŞ-ın özünü insan hüquqlarının “qlobal himayədarı” kimi qələmə verməsi istehza doğurur”
İlham Əliyev iftar süfrəsində
12:07
İlham Əliyev iftar süfrəsində
Putin:
11:08
Putin: "Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatına qoşulacaq"
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
10:56
İlham Əliyev: “Avropa Oyunları xalqımızın birliyinin nümayişinə çevrildi”
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
10:39
Sarkisyan Azərbaycanı müharibə ilə hədələdi
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
10:27
Qubad İbadoğluna görə istefalar başladı - FOTO
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
09:43
Rusiya: Azərbaycan və Ermənistan arasındakı gərginlik həyəcanvericidir
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
09:18
Ordumuz erməni əsgərlərini belə məhv etdi - VİDEO
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol