• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşdü

Rövnəq Abdullayev FİFA-nın prezidenti ilə görüşdü
16.01.2015 15:55
Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə AFFA-nın prezidenti Rövnəq Abdullayev arasında görüş keçirilib.

ANN.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə 2014-cü il ərzində Azərbaycan futbolunun inkişafı məqsədilə həyata keçirilmiş tədbirlər, inşası başa çatmaqda olan Bakı Olimpiya Stadionunun hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib, stadionun tikinti prosesini əks etdirən videoçarx nümayiş olunub.
 
FİFA prezidenti AFFA rəhbərliyinin məlumatını dinlədikdən sonra görülən işlərdən məmnunluğunu bildirib. Görüşdə FİFA-nın Kommunikasiya və İctimaiyyətlə Əlaqələr Direktorunun müavini Nikolas Meynqot, Avropada futbolun inkişafı üzrə Proqramının meneceri Yeva Paskue, FİFA prezidentinin assistentləri Edvard Braun və Qay-Filipp Matye, AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edib.  
 
Qeyd edək ki, Bakı Olimpiya Stadionunun 2011-ci il iyunun 6-da keçirilmiş təməlqoyma mərasimində Respublika Prezidenti İlham Əliyev, FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayev iştirak etmişdi.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
İdman 16:09
FIFA futbolçular üçün yeni beynəlxalq mükafat təsis edib
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
İdman 22:59
AFFA Antalyada hazırlıq keçəcək hakimlərin siyahısını açıqlayıb
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
İdman 19:58
FIFA 2026-cı il dünya çempionatının rekord mükafat fondunu açıqlayıb
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
İdman 17:32
FIFA Mərkəzi Asiya üzrə regional ofisini Daşkənddə açacaq
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
İdman 10:30
Argentina dünya çempionatından kənarlaşdırıla bilər
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
İdman 23:38
"Qarabağ" "Ayaks"a məğlub olub - Yenilənib
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
İdman 20:06
"Qarabağ" – "Ayaks" oyununa qanunsuz bilet satan şəxslər saxlanılıb - Video
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
İdman 23:14
DÇ-2026-nın final mərhələsinin püşkü atılıb
UEFA Ukraynanı cəzalandırıb
İdman 18:30
UEFA Ukraynanı cəzalandırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol