Ruben Şaken: "Azərbaycan haqda heç nə bilmirdim"
"Bir həftədir komandaya qoşulmuşam. Məşqlər yaxşı səviyyədə gedir. "İnter"in bir hissəsi olmağa artıq hazıram".
Bu sözləri "İnter"in yeni transferi Ruben Şaken deyib. O, "İnter"ə keçməzdən əvvəl başqa klublardan da təklif aldığını bildirib:
"Feyenoord"un vitse-prezidenti mənə "İnter" haqda məlumat vermişdi. Düşündüm ki, Azərbaycan oynamaq mənə daha yaxşı olar. Çünki Bakıda yaxşı yaşamaq üçün hər şey var. Digər təkliflər isə uzaq ölkələrdən olduğu üçün qəbul etmədim". R.Şaken onu da deyib ki, əvvəllər Azərbaycan haqda heç nə bilməyib:
"Bakı haqda ilk məlumatı "Google" vasitəsi ilə öyrənmişəm". //qol.az
Oxşar xəbərlər
Oxşar xəbərlər