• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Obama: "Daha prezidentliyə namizədliyimi irəli sürməyəcəm"

Obama:
21.01.2015 14:28
ABŞ prezidenti Barak Obama hər ilin əvvəlində Konqress qarşısında etdiyi ənənəvi "Birliyin Durumu" nitqində ölkə iqtisadiyyatından xarici siyasətədək, silahlı hücumlardan Amerika dəyərlərinədək bir çox məqamlara toxunub.

ANN.Az xarici mətbuata istinadən xəbər verir ki, prezident Obama ən əvvəl Konqres üzvlərinə müraciət edərək birlikdə çalışmağa və "ən yaxşı siyasət" yürütməyə çağırıb. O, Quantanamonun bağlanılmasının vacibliyini, İrana yeni yatırım düşünmədiklərini və Kuba ilə münasibətlərin bu il ərzində normallaşması üçün ən yaxşı siyasət yürüdəcəklərini söuləyib.

Obamanın çıxışında Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) işgəncə hesabatı, Ferquson olaylarınından sonra başlayan ayrı-seçkilik problemi, Paris terrorundan sonra dünyada yüksələn müsəlmançılıq və yəhudilik qarşıdurması və digər məsələlər yer alıb.

Ölkənin dəyərlərinin ABŞ-ın liderliyinin sütunlarından biri olduğunu vurğulayan Obama təhdid olunsalar belə insan şərəf və ləyaqətinə hörmətlə yanaşmağı davam etdiklərini, bu səbəblə də hər cür  işgəncələrə qarşı çıxdıqlarını bildirib.

Obama: "Bu səbəblə də dünyanın bəlli yerlərində təkrar ortaya çıxan üzücü yəhudi toplumuna qarşı çıxanları qınayırıq. Bu səbəblə əksəriyyəti sülhsevər olan müsəlmanların incitici halda tək tipləşdirilməsini rədd etməkdə davam edəcəyik. Bu səbəblə ifadə azadlığı və siyasi məhkumları müdafiə edəcək, qadınlara, dini azlıqlara, həmcinslərə, cinsiyyət dəyişdirənlərə yönəlik zülmü qınamaqda davam edəcəyik. Bunları sadəcə doğru olduğu üçün deyil, bizə inandıqları, güvəndikləri üçün edirik".

Nitqinin bir neçə yerində həmcinclərlə bağlı məsələlərə toxunan Obama "Birliyin Durumu" nitqləri tarixində ilk dəfə bu kəsimlərlə bağlı  bu qədər fikir söyləməsi diqqət çəkib.

Mühacirət problemləri həll edəcək qanunun qəbul ediləcəyinə diqqət çəkən Obama ölkədə seçim dönəminin yaxınlaşdığını, hər bir kəsin səsvermə prosesində iştirak etməsinin vacib olduğunu vurdulayıb və vətəndaş haqlarının müdafiəçisi Martin Lüter Kindin 50 il əvvəl Selma şəhərindən Montqomeriyə çətin yürüşünü xatırladıb.

Prezident Obama hər bir kəsin Ferquson və Nyu York hadisələrinə fərqli baxış nümayiş etdirmə haqqına sahib olduğunu deyib. O, eyni zamanda əlavə edib ki, bir ata öz oğlunun yolda hücuma məruz qalmadan evinə sağ-salamat gələcəyindən, bir qadın polis ərinin öz vəzifələrini icra etdikdən sonra sağ-salamat uşaqlarının yanına dönəcəyindən əmin olması hər kəsi maraqlandırmalıdır.

Prezident seçkisi məsələlərinə toxunan Obamanın "Mən bir daha prezidentliyə namizəd olmayacam" deyib və ardınca "Olmayacam, çünki artıq iki seçimi də qazandım" - söyləməsi salonda güclü alqış və gülüş sədaları ilə qarşılanıb. O, demokratlarla da, respublikaçılarla da birlikdə çalışmanın hər zaman yollarını axtardığını və vəizfəsinin son günlərinə  qədər də bunun üçün cəhdlər edəcəyini deyib.

ANN.Az


Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol