• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

İlham Əliyev:"20 ildən çoxdur ki, danışıqlar prosesi heç bir nəticə verməyib"

İlham Əliyev:
22.01.2015 19:31
"Dağlıq Qarabağ münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır”

"Hesab edirəm ki, post-sovet regionundakı bütün münaqişələr, o cümlədən dünyadakı münaqişələr eyni bucaqdan, eyni yanaşmadan həll edilməli, eyni beynəlxalq hüquq normaları tətbiq olunmalıdır”.
 
ANN.Az APA-ya istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevə Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təşkil olunmuş "Transformasiya prosesində regionlar: Avrasiya” panelində çıxışı zamanı deyib.
 
Prezident bildirib ki, Azərbaycan üçün ən böyük problem Dağlıq Qarabağ münaqişəsi və onun həllidir: "Azərbaycan 20 ildən artıqdır ki, Ermənistan tərəfindən törədilmiş işğaldan əziyyət çəkir. 20 ildən çoxdur ki, danışıqlar prosesi heç bir nəticə verməyib. Əgər bir münaqişə həll olunmursa və uzanırsa, o, başqa münaqişələrə səbəb olur. Görürük ki, Orta Asiyanı çıxmaqla, post-sovet ərazisində vəziyyət acınacaqlıdır. Son 1 ildə çox şey dəyişib. Yeni təhdidlərlə qarşılaşmışıq ki, biz bunu heç vaxt təsəvvür belə də bilməzdik. Bunlar tək regional deyil, qlobal təhdidlərdir”.
 
Dövlət başçısının sözlərinə görə, Avropadakı dəhşətli terror hücumları qeyri-sabitlikdən və ola bilər ki, lokal və ya regional məsələlərə doğru zamanda doğru reaksiya verilməməsi nəticəsində meydana gəlib: "Azərbaycan və Ermənistan arasında münaqişə əlbəttə ki, regional münaqişədir. Lakin onun metodologiya və coğrafiya nöqteyi-nəzərindən geniş miqyasda təsirləri var. Bu münaqişənin beynəlxalq hüquqa söykənən həllinə nail olunmazsa, eyni hadisələrə dünyanın başqa yerlərində də hazır olmaq lazımdır. Bir məsələ də ondan ibarətdir ki, beynəlxalq hüquq normalarına müxtəlif ölkələr tərəfindən öz maraqlarına uyğun şəklində istinad olunmamalıdır. Beynəlxalq hüquq necə var, elə tətbiq edilməlidir. BMT Xartiyasında, ATƏT sənədlərində və digər beynəlxalq təşkilatların sənədlərində beynəlxalq hüquq prinsiplərinin prioritetləri çox aydın şəkildə izah edilir. Onlar hamısı diqqətə alınmalıdır. O zaman biz ikili standartlardan və regionda yeni münaqişələrin yaranmasından yan keçə bilərik”.   

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Siyasət 18:30
МИД Азербайджана выразил соболезнования Швейцарии в связи с трагедией в Кран-Монтане
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Siyasət 17:59
Azərbaycan XİN İsveçrəyə başsağlığı verib
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Siyasət 13:42
Prezident dövlət və bələdiyyə sektorunda çalışanlar üçün icbari istehsalat sığortasını genişləndirdi
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Siyasət 12:00
Prezident Kuba liderinə təbrik məktubu ünvanlayıb
Prezident xalqa müraciət edib - Yenilənib
Siyasət 00:00
Prezident xalqa müraciət edib - Yenilənib
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Siyasət 21:02
İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İllə bağlı paylaşım edib
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Siyasət 16:47
Azərbaycan ilə Türkiyə arasında peşə təhsili sahəsində əlavə protokol təsdiqlənib
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Siyasət 16:27
Prezident deputat Rasim Musabəyovla bağlı sərəncam imzalayıb
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Siyasət 16:22
Dövlət Müəssisələrinin Monitorinqi Agentliyi yaradılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol