• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Yaponların vaxtı çatır, İŞİD isə tələbindən dönmür

Yaponların vaxtı çatır, İŞİD isə tələbindən dönmür
23.01.2015 14:39
Yaponiyanın baş naziri Çinzo Abe İŞİD-in əlində əsir olan iki həmyerlisinin azadlığa buraxılması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan yardım istəyib.

ANN.Az "Hurriyet"ə istinadən xəbər verir ki, İŞİD-in iki yapon əsir üçün verdiyi müddət sabah saat 05.50-də (Bakı vaxtı ilə-red) bitir və əgər terrorçuların tələb etdiyi 200 milyon dollar fidyə ödənilməsə, Kenji Goto və Haruna Yukawa edam olunacaq.

Xəbərdə bildirilir ki, yapon hökuməti bu fidyənin ödənilib-ödənilməyəcəyinə dair hər hansı açıqlama ilə çıxış etməyib. Orta Şərq ölkələrinə səfərini yarımçıq qoyaraq təcili nazirlər kabinetinin iclasını keçirən baş nazir Şenzo Abe terrora və terrorçulara boyun əyməyəcəklərini, həmçinin zamana qarşı çətin bir yarışda olduqlarını deyib: "Hökumət terrorçuların əsiri olan 2 yapon vətəndaşının azadlığa buraxılması üçün əlindən gələn bütün diplomatik yollardan istifadə edəcək. Beynəlxalq ictimaiyyətlə birgə bu qəddar terrora qarşı mübarizə aparacayıq".

Əsirlərin azad edilməsi üçün Omandakı Yaponiya səfirliyində 30 nəfərlik kriz heyəti təşkil olunub. Bölgədəki dini liderlərdən də yardım xahiş olunduğunu önə çəkən Ş.Abe İordaniya kralı Abdullah, Türkiyə baş naziri Ərdoğan, Misir prezidenti Əs-Sisi, Fələstin lideri Mahmud Abbasla telefon danışdığını və onlardan məsləhət və yardım istədiyini bildirib.

İŞİD-in əlində əsir olan Goto jurnalistdir, ilkin ehtimallara görə, o, dostu Haruna Yukawanı axtarmaq üçün Suriyaya gedib. Haruna Hələbdə müxalifət düşərgəsində Əsəd rejiminə qarşı döyüşənlərdən biri olub.

İŞİD-in istədiyi 200 milyon dollar Yaponiya baş naziri Ş.Abenin terrorla mübarizə üçün dövlət büdcəsindən ayırdığı pulun miqdarı ilə eynidir. Terror qruplaşmasına yaxın olan mənbələrin birində bu məbləğlə bağlı açıqlama verilib. Orada qeyd olunur: "Pula ehtiyacımız yoxdur. İŞİD bir gündə 200 milyon dollardan da çox pul xərcləyir. Təşkilat Yaponiya hökumətinin bu pulu ödəyəcəyindən
əmindir. Bu, iqtisadi mübarizə deyil, mənəvi mübarizədir".

ANN.Az

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Dünya 12:31
Sərnişin təyyarəsi qəzaya uğrayıb, 61 ölü
Davudoğlunun yerini bu şəxs tuta bilər
Dünya 12:25
Davudoğlunun yerini bu şəxs tuta bilər
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Dünya 12:20
Meksikada partlayış: 3 ölü, 105 yaralı - FOTO+VİDEO
Göz qişasının köçürülməsində - İlk
Dünya 12:11
Göz qişasının köçürülməsində - İlk
Yəməndə 5 günlük atəşkəs elan olundu
Dünya 11:38
Yəməndə 5 günlük atəşkəs elan olundu
Putin Avropaya söz verdi
Dünya 11:34
Putin Avropaya söz verdi
Çində güclü partlayış: 42 ölü - Fotolar
Dünya 11:18
Çində güclü partlayış: 42 ölü - Fotolar
Ukrayna Rusiya qazından imtina edir
Dünya 11:08
Ukrayna Rusiya qazından imtina edir
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Dünya 10:55
Poroşenkoyla görüşdə Putin qələmi qırdı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol