• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Ukraynada matəm elan edilib

Ukraynada matəm elan edilib
25.01.2015 16:00
Ukrayna prezidenti Petro Poroşenko Mariupolda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq 25 yanvarın ölkədə matım günü elan edilməsi haqqında fərman imzalayıb.


Fərman Ukrayna prezidentinin saytında yerləşdirilib.


"Terrorçuların yanvarın 24-də Mariupol şəhərini intensiv atəşə tutması nəticəsində həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq yanvarın 25-i Ukraynada matım günü elan edilsin”, - deyə fərmanda bildirilir.


Bundan başqa, bütün Ukrayna ərazisində Ukrayna vaxtı ilə saat 12.00-da həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad ediləcək.   


Həmçinin dövlət bayraqları endiriləcək, əyləncəli tədbirlər keçirilməyəcək, bu xarakterli televiziya və radio proqramları nümayiş etdirilməyəcək.


Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Mariupol şəhərinin yanvarın 24-də separatçılar tərəfindən "Qrad” qurğularından atəşə tutulması nəticəsində 30 dinc sakin həlak olub, 86 nəfər yaralanıb. Həlak olanlardan 2-si uşaqdır.  


Mariupol iqtisadi və hərbi-strateji cəhətdən həddən artıq vacib bir məntəqədir. Azov dənizinin sahilində yerləşən şəhərin yarım milyona yaxın əhalisi var. Mariupol həm iri dəniz imanı, həm də Ukraynanın vacib metallurgiya və maşınqayırma mərkəzidir. Separatçıların və Rusiya ordusunun həm iqtisadi baxımdan əhəmiyyətinə görə, həm də Krıma quru yolu açmaq üçün Mariupolu ələ keçirməyə çalışacağı barədə tez-tez fikirlər səslənir. Şəhəri Ukrayna Silahlı Qüvvələrinin bölmələri, eləcə də "Azov” alayı və "Dnepr-1” batalyonu müdafiə edir.
 
 
ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Dünya 20:06
İtaliyada Yeni il gecəsi fişəng partlaması nəticəsində bir nəfər ölüb, 283 nəfər yaralanıb
Alyaskada güclü zəlzələ baş verib
Dünya 19:30
Alyaskada güclü zəlzələ baş verib
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Dünya 19:00
MKİ: Ukrayna Putinin Valdaydakı iqamətgahını hədəf almayıb
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Dünya 16:13
Xerson vilayətində Yeni il gecəsi dron hücumu nəticəsində 24 nəfər ölüb
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
Dünya 14:10
Amsterdamda 150 illik Vondelkerk yanğında məhv olub
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
Dünya 14:00
İsveçrədə partlayış: 40 ölü, 100-dən çox yaralı var
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Dünya 11:15
İsveçrədə dağ-xizək kurortunda partlayış olub, bir neçə nəfər ölüb
Maqnit qasırğası gözlənilir
Dünya 10:00
Maqnit qasırğası gözlənilir
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Dünya 09:06
Suriyada terrorçu özünü partladıb, ölən və yaralılar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol