İran İraqa qaz kəməri çəkir

İran qonşu İraqın cənub şəhəri olan Bəsrəyə ikinci qaz kəmərinin tikintisinə başlayıb. Boru kəməri tikintisinin tamamlanmasından sonra İraqa qazın ixracının həcmi iki il ərzində artırılacaq. Layihə üzrə qaz kəmərinin ötürmə qabiliyyəti gündəlik 35 milyon kubmetr qaz təşkil edəcək.
ANS PRESS-in TASS-a istinadla verdiyi məlumata görə, Bağdad istiqamətinə gedən birinci qaz kəmərinin tikintisi başa çatmaq üzrədir. İraq ərazisində təqribən 7 kilometrlik xəttin inşası qalıb.
İranın Milli Qaz şirkətinin məlumatına görə, ilkin mərhələdə bu xətlə gündəlik 4 milyon kubmetr yanacaq göndəriləcək, sonra, bu, 25 milyon kubmetrə çatdırılacaq. Hər iki boru kəməri ilə ümumilikdə gündə 70 milyon kubmetr həcmdə qazın İraqa ixracı təmin olunacaq.
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 