• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

Azərbaycanda Belçika pendiri istehsal olunacaq

Azərbaycanda Belçika pendiri istehsal olunacaq
10.02.2015 15:46
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda səfərdə olan Belçikanın "Scherjon" şirkətinin prezidenti Skeryon Hielkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report” Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, görüşün məqsədi İmişlidə südçülük-heyvandarlıq təsərrüfatı və "Gouda” pendiri istehsal edən zavodun tikilməsinə dair ilkin biznes planın müzakirəsi olub.

H.Əsədov ötən il Azərbaycana 20 min baş yüksək məhsuldar genetik potensiala malik qaramal gətirildiyini, bu il də əlavə olaraq 10 min baş gətirilərək güzəştli şərtlərlə lizinq yolu ilə fermerlərə veriləcəyini qonaqların diqqətinə çatdırıb. Nazir bu layihənin Azərbaycanda həyata keçirilməsi üçün lazımi dəstək göstəriləcəyini bildirib.
"Scherjon" şirkətinin prezidenti S.Hielkon layihənin həyata keçirilməsi üçün kompleksin 500 ha torpaq sahəsini əhatə edəcəyini, ferma və zavodun eyni ərazidə yerləşəcəyini, keyfiyyətli pendirin istehsalı üçün keyfiyyətli südün olmasının vacibliyini nəzərə alaraq Hollandiyadan 1 000 baş Holştin-friz südlük inəklərin gətirələcəyini, bu kompleksin region üçün strateji əhəmiyyətə malik olduğunu, istehsal olunacaq məhsulun həm daxili bazara, həm də qonşu ölkələrə satılacağını bildirib.
Qeyd edək ki, tədbirdə Hollandiyanın Azərbaycandakı səfiri Robert Yan Qabriels və İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev iştirak ediblər.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol