"Mançester Yunayted"in məşq bazasında bir gün - REPORTAJ
Rüstəm Qasımov
İngiltərə Premyer Liqası dünyanın ən maraqlı futbol yarışlarından biridir. Futbolçuların doxsan dəqiqə boyunca dayanmadan qaçmaları və hətta lazım gələrsə, əlavə otuz dəqiqə də meydan qalması onu göstərir ki, onların fiziki və texniki hazırlığı çox yüksək səviyyədədir. Futbolçuların harada məşq etdiyini görmək üçün biz "Bakcell” şirkətinin - Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi - əməkdaşları ilə bir yerdə MY-in təlim-məşq bazasına (AON Trainng Complex) getdik.
QEYD: «Trafford Training Centre» daha çox Karrinqton (Carrington) təlim bazası kimi tanınır. Mərkəz Böyük Mançester də olan Karrinqton kəndində yerləşir. Əsas bina 26 iyul 2000-ci ildə açılıb. Bir il sonra komanda orda məşqlərə başlayıb. Klubun Akademiyası 2002-ci ildən fəaliyyətə başlayıb. Akademiyada MY-in 9 yaşından başlayaraq 16 yaşına kimi olan komandaları məşq etməkdədir. Mərkəzin bir çox tikilisi əsas komanda üçün nəzərtə tutulub. Bu təlim-məşq mərkəzi keçmiş "Kliff” (The Cliff) təlim-məşq mərkəzini əvəz edib.
AON –a gəldikdə, o, 2010-2011-ci illərdə "Mançester Yunayted” klubunun ən əsas və titullu sponsoru olub. Amma razılaşma uzadıldığından daha dörd il də kluba sponsorluq edəcək. Klubun AON ilə bağladığı müqavilə ingilis futbol tarixinin ən bahalı sponsor müqavilələrindən biridir. "AON Corporation” amerikan siğorta və konsalting şirkətidir.
Səhər erkəndən biz hamımız MY "Old Trafford” stadionuna getdik. Çünki bizi məhz oradan təlim bazasına aparacaqdılar. Məlum oldu ki, bizdən başqa da ekskursiyaya gedənlər var. MY-in əfsanə üçlyünün heykəli qarşısında sinqapurlu, çinli və həm də ingilis azarkeşlər toplaşmışdı. Nəticədə bizim heyət böyüyərək 40-45 nəfərə çatdı. Bundan sonra klubun nümayəndləri bizi xüsusi hazırlanmış avtobusda yerləşdirdi və biz şəhərkənarı Mançesterə doğru istiqamət aldıq. Bizə xəbərdarlıq etdilər ki, şəxs fotoaparat və ya telefonla şəkillərin çəkilməsi qəti qadağandır. Bunun üçün klubun öz xüsusi fotoaparatçısı var idi.
Təlim-məşq bazasına 20-25 dəqiqədə çatdıq. Qeyd edim ki, Mançeterin rahat yolları bəzən bir maşının keçə biləcəyi dərəcədə darlaşırdı. Amma bizim sürücü bunun öhdəsindən asanca gəlirdi.
İlk 5 dəqiqəni biz MY-in əfsanəvi qollarına baxaraq keçirdik. Bu bizim səfərimizi daha maraqlı və cəlbedici etdi, çünki biz dünya ulduzlarının necə məşq etdiyinə baxmağa gedirdik.

Bazaya gələn kimi biz avtobuslardan düşüb qonaqlar üçün nəzərdə tutulmuş xüsusi otağa daxil olduq.

Burada bizi xoş üzlə qarşılayıb ingilis kofesinə qonaq etdilər. Əlimizdə gözəl ətirli kofe, tələsmədən monitor qarşısında öz yerlərimizi aldıq. Monitorda bizim ekskursiya haqqında video rolik göstərdilər. Video roliki bizə MY-in fiziki hazırlıq üzrə məşqçilərindən biri izah edirdi. O, bizə, oyunçuların məşqini, təlim-məşq zonalarının fərqi və kompleks məşqlərin uğur qazanmaq üçün nə qədər əhəmiyətli olduğunuzu başa salırdı. Böyük su hovuzu, buz vannası daxil olmaqla rahatladıcı prosedurlar oyundan və ağır məşqlərdən sonra oyunçuların tez bir zamanda fiziki bərpasına kömək edir.

Video bitdikdən sonra bizim qarşımıza MY-in məşqiçilər korpusunun üzvlərindən biri çıxdı. O, 20 ildən çox idi ki, bu klubda işləyirdi. O, MY-in tarixini yaxşı bilir və uşaq vaxtı MY-də futbola başlamış və sonradan ulduzlaşmış əfsanəvi oyunçuları tanıyırdı. O, bizə MY-in əfsanəvi məşqçilərindən olan Ser Aleks Ferqüsson haqqında maraqlı bir epizod danışdı. Məsələ bundandır ki, təlim-məşq bazasında foto çəkmək qadağa idi. Ancaq buna baxmayaraq, bir paparazi hər gün məşqlərə gəlir, oyunçuların şəkillərini çəkir və çıxıb gedirdi. Bir gün, Ser Aleks bu paparazinin hansı formada bazaya daxil olduğunu izləyir və onu silahla qarşılamağa gedir. Ser Aleksin ona nə dediyi hələ də sirr olaraq qalır, amma həmin gündən sonra paparazi bir daha o bazada görsənmir.

Daha sonra məşqçi bizə dahi futbolçu və MY-in əfsanələrindən biri olan Erik Kantona haqqında danışdı. Bundan başqa o, uşaq vaxtı MY-ə gələn və daha sonra ulduzlaşaraq uğurlu koreyera yaşayan Rayyan Qiqqz haqqında danışdı. İştirakçılardan biri istedadlı və perspektivli gənc məşqçi olan Devid Moyesin nədən uğur qazana bilməməsi ilə bağlı sual verdi. Məşqçi cavab olaraq bildirdi ki, MY kimi klubu idarə etmək çox çətindir və bu heç də hər kəsə ilk anda nəsib olmur. Ancaq məşqiçi onu da əlavə etdi ki, Moyes çox istedadlıdır və o, futbolda mütləq uğur qazanacaq.

MY-in bazasını bizə tanıdan şəxs Y.Runinin istedadı və əzmkarlığı haqqında danışdı. Bizim nümayəndə heyətindən biri sual verdi ki, "uşaqlar MY-in əfsanələrindən biri olması üçün nə etməlidir?” Məşqiçi bununla bağlı Kriştiano Ronaldonu misal çəkdi. O dedi ki, Ronaldo 17 yaşında MY-da gəldi və ciddi inadı və çoxlu məşq etməsi ilə başqa klublarda da uğur qazandı. Ən əsas keyfiyyət, ciddi əmək, düzgün və layiqli həyat tərzidir. O zaman, siz uğur qazanacaqsınız!

Daha sonra biz "AON Training Complex” zallarından birinə getdik. Bu zalda MY-li oyunçular fiziki məşqlər keçirlər.

Zal iki hissəyə bölünür. Bir tərəfdə oyunçuların əzələlərini bərkitmək üçün bütün növ qantellər düzülmüşdü. Digər zal isə oyun idmanı üçün nəzərdə tutulmuşdu. Qeyd edək ki, trenajorda məşq edə-edə onlar televizora baxa bilirlər. Məsələn, həmin gün zalda məşq edən oyunçular "Australian Open” tennis yarışmasının final oyununu izləyirdilər.
Bizim nümayəndə heyəti oyunçuların gəlməsi üçün bir sırada durdular. Doğrusu, mən düşünmürdüm ki, MY-in əsas heyəti dünənki oyundan sonra səhər idmanına çıxacaq. Ona görə MY-in əsas heyətinin məşqə çıxması mənim üçün xoş sürpriz oldu. Birinci MY-in müdafiəçisi Fill Cons gəldi və bizə imza verməyə başladı. Onun ardında hücumçu Robin Van Persi, Radamel Falkau, hücuma meyilli yarım müdafiəçi Adnan Yanuzay, qapıçı David de Xeya gələrək bizə imzalar verməyə başladılar.

Bundan sonra biz dünya ulduzları ilə kollektiv şəkil çəkdirdik.

Bizim nümayəndə heyəti içində ayaqları olmayan balaca uşaq da var idi. Futbolçuların bu fiziki məhdud uşaqla davranışı insana çox sarsıdıcı təsir edirdi. Onlar son dərəcə diqqətlə uşaqla maraqlanır və beləliklə, uşağın xatirəsində ən unudulmaz izlər qoyurdular. Bu istedadlı oyunçular ilə xatirədən sonra biz düşünməyə başladıq ki, görəsən, biz əsas məşqiçini və komandanın digər üzvülərini görəcəyikmi? Bir neçə dəqiqə sonra biz məhz komandanın digər oyunçuları ilə görüşü getdik. Günəşin çıxmasına baxmayaraq, hava son dərəcə soyuq və küləkli idi, amma getməyə dəyərdi. Məşhur futbollçularla hər gün görüşmək imkanın olmur axı.

Təlim zonasında daxil odluqda mən ingilislərin praktikliyinə bir daha şahid oldum. Belə ki, havanın yüksək rütubətli olması səbəbindən yollara ağac qabıqları tökmüşdülər. Ancaq rütubəti canına çəkən ağac qabıqları çirkaba çevrilmirdi. Ona görə də, istənilən hava şəaritində siz onun üzəri ilə gedə bilərdiz.
Nəhayyət biz meydançaya gəldik və oyunçuların məşqinə baxmağa başladıq. Bir neçə dəqiqədən sonra futbolçular bizə yaxınlaşdı və şəkillər çəkdirməyə başladı. Biz komandanın məşqiçisi Lyu Van Qal, onun köməkçisi Rayan Qiqqz və digərləri ilə xatir şəkli çəkdirdik.

Şəkil çəkilişində sonra imzalar verilməyə başlandı. Gələnlərin hamısı futbolçular və baş məşqçidən imza almaq üçün onları əhatəyə aldı. Kimisi futbolkasını, kimisi blaknotunu, mən isə bazaya giriş kartımı verdim. İndi anlayıram ki, nə üçün burada insanlara öz sevimli futbolçuları ilə şəkil çəkdirməyə və video çəkməyə icazə verilmir. Çünki buna icazə olsa idi, o zaman biz gecə qaranlığa kimi meydançada qalmalı olardıq.

MY klubunun əməkdaşlarının öz vəzifələrini dəqiqliklə yerinə yetirməsi məni ciddi heyrətə saldı. Heç bir çaxnaşma olmadan, bütün gün dəqiqliklə planlanıb. Qeyd edək ki, bu kimi ekskursiya il ərzində çox olur və MY-in təlim bazasına baxmağa gələnlərin sayı üç mini keçir. İndi təsəvvür edin ki, MY-in oyunçuları və məşqiçi heyəti hər il nə qədər imza verir.
Qonaq otağına qayıtdıqda, biz yenə isti və xoş ətirli kofemizi içirdik. Avtobusa mindikdə bizə ekskursiyanı qiymətləndirmə vərəqi verdilər. Orada biz fikirlərimizi və təkliflərimizi də yazdıq.
Təlim bazasına getdikdə bir neçə uşağın qapı ağzında duraraq «Please stop» posterlərini tutduğunu gördüm. Daha sonra mənə izah etdilər ki, bu uşaqlar orda bir neçə saat duraraq öz kumirlərinin dayanacağını və ona imza verəcəklərini ümid edirlər.
Yarım saat sonra biz yenidən "Old Trafford”un qarşısına gəldik. Bizi yeni ekskursiya gözləyirdi...
Mançester Yunayted klubunun təlim bazasında olmağımızda və futbolçularla ünsiyyət qurmağımıza köməklik göstərdiyi üçün Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell” şirkətinə xüsusi təşəkkürümüzü bildiririk. "Bakcell” dünyaca məşhur futbol klubu olan "Mançestir Yunayted”lə ("Manchester United”) ilk əməkdaşlığa başlayan Azərbaycan şirkətidir. Qeyd etmək yerinə düşər ki, "Bakcell” nəinki Azərbaycanda, eləcə də bütün post-sovet məkanında dünyanın ən böyük futbol klubu ilə əməkdaşlığa başlayan ilk şirkətdir.
Beləcə, səyahət davam edir...
ANN.Az

Oxşar xəbərlər
Oxşar xəbərlər