• $ 1.7
  • € 1.9122
  • ₽ 0.021087
  • ₺ 0.0438
  • £ 2.273

"Quran"da var deyə uşaqlarınıza bu adları qoymayın! - SİYAHI

29.05.2020 11:34
Yenicə valideyn olanlar övladlarına ad qoyarkən bir az ehtiyatlı olmalıdırlar. Bəzən ata-analar "Quran"da var deyə, yaxud səslənməsi gözəldir deyə həmin sözü uşaqlarına ad seçirlər. Amma din alimləri, islamşünaslar hər bir sözün mənasını bildikdən, onu araşdırdıqdan sonra uşaqlara qoyulmasını məsləhət bilirlər və öz nümunələrini göstərirlər.

ANN.Az həmin adlardan bəzilərini misal göstərir:

"Sənəm" adı uşaqlara qoyulmamalıdır. Çünki "sənəm" sözü azərbaycanca tərcümədə "büt" mənasını verir.

"Səməd" sözü tərcümədə "heç kimsəyə möhtac olmayan" deməkdir. Bu isə sadəcə Allaha məxsus bir keyfiyyətdir, islamşünaslara görə, insan övladını belə çağırmaq düzgün deyil.

Daha çox Türkiyədə, təzə-təzə Azərbaycanda da istifadə olunan "Aleyna" adının mənası daha mənfi çalarlıdır. Bu söz "üstümüzə bəla, dərd tökülsün" deməkdir.

"Kezban"
sözü "Quran"da var və bu sözün mənası "yalançı" deməkdir. Əgər uşağa bu ad qoyulursa, onu bu cür çağırmış oluruq: "Yalançı, yalançı".

Eyni zamanda Rəsul, Nəbi, Cəbrayıl, Əzrayıl, Mikayıl, İsrafil adlarının qoyulması da din xadimləri tərəfindən xoş hesab olunmur.

"Bəkir" "dəvə balası", "dəvə yavrusu" deməkdir. Bəlkə də bəziləri bunu Həzrəti Əbu Bəkrin şərəfinə qoyur, amma bu həmin şəxsin ləqəbi olub. Onun adı Abdullah olub.

"Asiya"
sözü "üsyan edən", "Gülsüm" sözü "qərib, zavallı, kimsəsiz", "Julidə" sözü  "dağınıq, pərişan", "İrəm" sözü isə "Allahın qəzəbinə tuş gələn saxta cənnət" deməkdir.

"Badə" adı "içki", "Hənnas"
ismi isə şeytanın adıdır və qətiyyən uşaqlara qoyulmaz.

"Rumeysa"
sözü "gözü oynayan qadın" deməkdir.

ANN.Az

 
Oxşar xəbərlər
Oxşar xəbərlər
11:34
"Quran"da var deyə uşaqlarınıza bu adları qoymayın! - SİYAHI
10:21
"Bir psixoloq efirə çıxıb deyirsə ki..." - Vəfa Əkbər
Sorğu: Azərbaycanda yerlibazlıq varmı? - ANN.TV
06:44
Sorğu: Azərbaycanda yerlibazlıq varmı? - ANN.TV
ANN.Az Region TV-nin efirində - VİDEO
23:18
ANN.Az Region TV-nin efirində - VİDEO
Polşalı turist:
22:07
Polşalı turist: "Mən Behbudovun və Maqomayevin mahnılarına sadəcə vuruldum" – MÜSAHİBƏ
13:00
"Məmur övladının həbsi cəmiyyətdə sensassiya yaradırsa..." - AÇIQLAMA
Əgər  büdcədən oğurlamasaydılar... - KÖŞƏ
10:35
Əgər büdcədən oğurlamasaydılar... - KÖŞƏ
Evinizdə kitablara daha çox yer açın - FOTOLAR
19:45
Evinizdə kitablara daha çox yer açın - FOTOLAR
Azərbaycan türkləri “İran” mənşəli deyillər
11:10
Azərbaycan türkləri “İran” mənşəli deyillər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol