• $ 1.7
  • € 2.0022
  • ₽ 0.021715
  • ₺ 0.0396
  • £ 2.297

“ASAN xidmət”dən yenilik

“ASAN xidmət”dən yenilik
17.02.2015 11:50
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 2 və 3 saylı Bakı "ASAN xidmət” mərkəzlərində "ASAN ödəniş” sistemi çərçivəsində terminallar vətəndaşların istifadəsinə verilib. 

"ASAN xidmət”dən ANS PRESS-ə verilən məlumata görə, "ASAN ödəniş” sistemi vasitəsi ilə vətəndaşlar inzibati cərimələr və məhkəmə qərarlarının icrası üzrə ödənişləri terminallar və www.asanpay.az portalı vasitəsi ilə həyata keçirə bilərlər. 

İlkin mərhələdə yalnız Yol Hərəkəti Qaydalarının (YHQ) pozulmasına görə cərimələrin ödənişi mümkündür. "ASAN ödəniş” terminalları vətəndaşlara ödənişin qəbulu və qalıq pulun qaytarılması zamanı kağız və qəpik pullardan istifadəyə imkan verir.

"ASAN ödəniş” sistemi "ASAN xidmət” mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 11 fevral 110 nömrəli Fərmanına əsasən yaradılıb.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti bahalaşıb
Azərbaycan nefti cüzi bahalaşıb
İqtisadiyyat 09:45
Azərbaycan nefti cüzi bahalaşıb

Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
İqtisadiyyat 16:53
Birbank-da əlavə 3 ay taksitlə bayramı dolu-dolu yaşayın
ABB-dən daha 3 hesabat!
İqtisadiyyat 13:49
ABB-dən daha 3 hesabat!
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
İqtisadiyyat 11:25
Deputat: Bu il ölkədə sosial müdafiə tədbirləri gücləndirilib
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
İqtisadiyyat 10:39
On bir ayda 41 ölkəyə peyk xidməti ixrac edilib
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
İqtisadiyyat 10:34
On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
İqtisadiyyat 10:28
Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:07
Azərbaycan nefti ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol