Lukaşenko azərbaycanlı şairi təltif etdi
Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanın əməkdar incəsənət xadimi, şair Çingiz Əlioğlunu Fransisk Skorina medalı ilə təltif edib.
Oxu.Az Belarus KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı müvafiq fərmanı fevralın 16-da imzalayıb.
Çingiz Əlioğlu bu mükafata mədəni-humanitar əlaqələrin inkişafına verdiyi əhəmiyyətli töhvələr, Belarus mədəniyyəti və ədəbiyyatının təbliği, nəşr sahəsində beynəlxalq əməkdaşlığın möhkəmləndirməsinə görə layiq görülüb.
ANN.Az