• $
  • £

Tikinti materialları bazarı bağlanıb- QIYMƏTLƏR ARTIR

Tikinti materialları bazarı bağlanıb- QIYMƏTLƏR ARTIR
28.05.2020 21:42
Manatın ucuzlaşması ilə bağlı vüsət alan bahalaşma tikinti materialları bazarında da öz təsirini göstərməyə başlayır. Bəzi məlumatlara görə, müxtəlif tikinti mallarının qiymətləri bahalaşıb. Xüsusən də, xarici ölkələrdən idxal olunan tikinti materiallarının qiymətlərində kəskin artım müşahidə olunur. Rusiyadan idxal olunan taxta, parket materialları son dövrlərdəki ucuzlaşmadan sonra yenidən bahalaşmağa başlayıb.

Yerli tikinti materialları bahalaşmayıb

ANN.Az Fins.az-a istinadən xəbər verir ki, daşınmaz əmlak və tikinti materialları bazarındakı vəziyyətlə bağlı kiçik araşdırma apardıq. Bu sahədə çalışanların bəziləri tikinti materiallarının qiymətinin artmadığını, bəziləri isə artdığını bildirir.
 
 
Üzlük daş və kubik istehsalı və satışı ilə məşğul olan Anar Musayev deyir ki, hələlik bu materialların qiymətində dəyişiklik olmayıb, lakin bahalaşma olacağı haqda söz-söhbət gəzir və qiymət dəyişikliyi gözlənilir. İstehsalçının sözlərinə görə, bu materiallar üzrə sifarişlərin həcmində ciddi dəyişiklik olmayib, lakin digər materiallarda bahalaşma olsa bu, daş və üzlük materiallarında da qiymətərin artmasına gətirib çıxaracaq.
 
 
Digər satıcı Elnur Nuriyev isə deyir ki, ən çox bahalaşma taxta materiallarının qiymətində qeydə alınıb. Onun sözlərinə görə, 3 gün qabaq taxtanın kubu 175 manat idi, hazırda bu qiymət 250 manata qalxıb. Hazırda təklif ediən taxtaların əvvəlcədən ucuz qiymətə alındığını etiraf edən satıcının sözlərinə görə, yeni qiymətləri mağaza sahibi  bundan sonra bu materialın baha qiymətə alınacağını deyərək müəyyən edib.

Tikinti bazarı bağlanıb, satış dayandırılıb

Bakıdakı "Dərnəgül” şossesində yerləşən məşhur tikinti materialları bazarında işləyən satıcılarla telefon söhbətimizdə bildirdilər ki, 2 gündür bazarda satış dayandırılıb, satış nöqtələri bağlanıb.
 
 
Qiymətlərin necə olacağı barədə hansısa fikir bildirməyən satıcılar mağaza sahiblərinin gözləmə mövqeyi tutduğunu, yaxın günlərdə vəziyyətdən asılı olaraq qiymətlərin müəyyən ediləcəyini vurğuladılar.
 
 
Onların sözlərinə görə, manatın məzənnəsi indiki həddə qalmaqda davam etsə, qiymətlərin kəskin bahalaşması qaçılmaz olacaq, çünki əksər tikinti materialları xarici ölkələrdən valyuta ilə idxal olunur.

ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
İqtisadiyyat 15:22
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
İqtisadiyyat 15:08
Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
İqtisadiyyat 15:01
Biznes xərclərinə nəzarət Yelo Bank-ın tarif paketləri ilə daha rahatdır!
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
İqtisadiyyat 12:52
Azercell qadınların yaradıcı inkişafına dəstək göstərir
ABB-dən 200 000 manata qədər təmir krediti
İqtisadiyyat 12:48
ABB-dən 200 000 manata qədər təmir krediti
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
İqtisadiyyat 12:03
Deputatdan təklif: Bakıda daşınmaz əmlak kompensasiyasında fərqli yanaşma olmalıdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol